İqlim dəyişikliyi ilə mübarizədə bütün ölkələr fəal iştirak etməli, ədalətlilik prinsipi qorunmalıdır. SİA xəbər verir ki, bu fikirləri Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ofisinin direktoru Mixail Puşkin "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən beynəlxalq konfransda səsləndirib.O bildirib ki, iqlim dəyişikliyi ilə bağlı hazırda baş verənlər dayanıqlı inkişaf məqsədləri və Paris razılaşması üzrə geriləmələrin olduğunu göstərir.Mixail Puşkinin sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizə hər bir ölkənin, təşkilatın üzərinə məsuliyyət qoyur. O, keçid dövrü ilə əlaqədar bu mübarizədə həmkarlar ittifaqları təşkilatlarının üzərinə məsuliyyət düşdüyünü vurğulayıb.Beynəlxalq əməkdaşlığın və qlobal həmrəyliyin vacibliyini diqqətə çatdıran BƏT rəsmisi milli öhdəliklərin yerinə yetirilməsində ölkələrin həmkarlar ittifaqlarının rolunu qeyd edib.
Rusiya istiqraz bazarının təxminən dörddə biri risk altındadır...
Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...
Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.
Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...
Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...
Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…