PDF Oxu

İqtisadiyyat

  • 3 956

"Bu dağıdıcı nəticələr bütün dünyada normaya çevriləcək" - NAZİR

image

Azərbaycanda son illərdə yağıntıların azalması məhsuldarlığa və məhsul yığımına təsir göstərib. SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə bildirib.Onun sözlərinə görə, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm hissəsidir və ölkənin işçi qüvvəsinin üçdə birindən çoxu bu sahədə çalışır: "Amma Azərbaycanda son illərdə yağıntılar orta hesabla demək olar ki, 10 % azalıb. Bu, məhsuldarlığa və məhsul yığımına təsir göstərib. Bunda başqa, unikal ekosistemi olan Xəzər dənizi quruyur. Xəzərdə su səviyyəsinin azalması dəniz və sahil ekosistemlərinə, həmçinin biomüxtəlifliyə və sahil infrastrukturuna ciddi təsir göstərib".O əlavə edib ki, bu istiqamətdə tədbirlər görülməsə, bu dağıdıcı nəticələr bütün dünyada normaya çevriləcək: "İqlim dəyişikliyi nəticəsində genişmiqyaslı quraqlıqların 100 dəfə daha tez-tez baş verməsinə səbəb olacağı təxmin edilir. Qlobal temperaturun 2 dərəcə yüksəlməsinin daha 200 milyon insanın aclığına səbəb olacağı proqnozlaşdırılır. Bununla bütün ölkələrdə su və kənd təsərrüfatı sistemlərinə təzyiq artacaq".

Digər xəbərlər

ABŞ sanksiyalarının təzyiqi altında Rusiya nefti öz mövqeyini itirir

Hindistan neft emalı zavodları Rusiya neftinin payını azalda bilər…

The Financial Times: Çin niyə rekord sürətlə qızıl alır?

Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...

Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...

Wildberries və Ozon çoxsaylı məhkəmə iddiaları ilə üzləşib

Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...

Rusiya qaçılmaz çöküşə doğru gedir...

Kreml artan yükün öhdəsindən gələ bilmir...