"ASAN xidmət" mərkəzlərində alternativ enerji mənbələrinə keçid" layihəsi ilə bağlı noyabrın 2-də təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iştirak ediblər.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda elan edilmiş 2024-cü il - "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində reallaşdırılan təşəbbüslər ekoloji davamlılıq və yaşıl texnologiyaların xüsusi önəmi nəzərə alınmaqla reallaşdırılır. Həmçinin Azərbaycan, 2030-cu il Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlərin 5-ci prioriteti olan "Təmiz ətraf mühit və yaşıl artım" hədəfinə də xüsusi önəm verilir.
Layihənin tezliklə bütün "ASAN xidmət" mərkəzlərinin inzibati binalarında və dayanacaq yerlərində reallaşdırılması nəzərdə tutulur.
Büdcə kəsiri 2025-ci ildəkindən təxminən iki dəfə çox ola bilər...
Asiyanın bütün ən böyük iqtisadiyyatları mayeləşdirilmiş təbii qaz idxalını artırıb...
Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...