PDF Oxu

İqtisadiyyat

  • 3 735

Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalandı

image

Noyabrın 15-də Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı gücləndirməyi və turizm əlaqələrini inkişaf etdirməyi nəzərdə tutan saziş imzalanıb. SİA xəbər verir ki, Sənədi Azərbaycan tərəfindən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyə tərəfindən isə Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıb.Sazişdə ölkələr arasında qonaqpərvərlik, turizm sahəsi və qanunvericiliyi istiqamətində məlumat mübadiləsi, turizm statistikasının təkmilləşdirilməsi, qastroturizm, turizm təhsili sahəsində əməkdaşlıq və investisiya təşviqinin əsasları kimi məsələlər xüsusi vurğulanır.Həmçinin sazişdə mediatur, infotur, tədbir və seminarların təşkili, birgə səyahət marşrutunun inkişaf etdirilməsi, qarşılıqlı təbliğat və marketinq fəaliyyəti ilə turist axınını artırmaq, təbii və mədəni irsin qorunması, eləcə də tanıdılması istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı mövzular əksini tapır.2024-cü ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 357 615 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 % artımdır.

Digər xəbərlər

Putin Rusiya iqtisadiyyatını müharibə tələsinə salıb

Büdcə kəsiri 2025-ci ildəkindən təxminən iki dəfə çox ola bilər...

ABŞ Rusiyanı Hindistanın maye qaz bazarından sıxışdırıb...

Asiyanın bütün ən böyük iqtisadiyyatları mayeləşdirilmiş təbii qaz idxalını artırıb...

Bazarlar dron hücumlarından sonra təzminat tələb edir

Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...

Rusiya iqtisadiyyatı ikiqat zərbəyə məruz qalıb

Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...

Rusiya büdcəsindəki boşluq daha da böyüyüb

Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...