Azərbaycan Mərkəzi Bankı (AMB) "MJ Financial Services" və "Para" ASC-lər, eləcə də "Azpul" MMC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimə edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "MJ Financial Services"in vəzifəli şəxsi 1 500 manat, "Para"nın vəzifəli şəxsi 2 000 manat, "Azpul"un vəzifəli şəxsi isə 6 000 manat cərimələnib.
Büdcə kəsiri 2025-ci ildəkindən təxminən iki dəfə çox ola bilər...
Asiyanın bütün ən böyük iqtisadiyyatları mayeləşdirilmiş təbii qaz idxalını artırıb...
Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...