PDF Oxu

İqtisadiyyat

  • 3 060

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olub...

Doqquz ayda Azərbaycan ilə İtaliya arasında ticarət mübadiləsinin dəyəri 7,5 milyard dollar təşkil edib

image

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə İtaliya arasında ticarət mübadiləsinin dəyəri 7,5 milyard ABŞ dolları təşkil edib. Bununla da İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olub. SİA xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev COP29 çərçivəsində İtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyi, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, İtaliya Ticarət Agentliyi (ITA), İtaliya Özəl Tikinti Assosiasiyası və İtaliyanın Mühəndislik, Memarlıq və Texniki-İqtisadi Konsaltinq Təşkilatları Assosiasiyasının (OICE) təşkilatçılığı ilə keçirilən "SustainabITALY" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, ticarət əlaqələrimiz qeyri-ənənəvi sahələrdə də inkişaf edir və bu il AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətləri İtaliyanın Rimini şəhərində ilk dəfə "Macfrut 2024" beynəlxalq sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində məhsullarını nümayiş ediblər.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, bu il oktyabr ayının 1-nə olan məlumata görə Azərbaycanda 100-dən çox italyan şirkəti aktiv fəaliyyət göstərir.

Digər xəbərlər

Putin Rusiya iqtisadiyyatını müharibə tələsinə salıb

Büdcə kəsiri 2025-ci ildəkindən təxminən iki dəfə çox ola bilər...

ABŞ Rusiyanı Hindistanın maye qaz bazarından sıxışdırıb...

Asiyanın bütün ən böyük iqtisadiyyatları mayeləşdirilmiş təbii qaz idxalını artırıb...

Bazarlar dron hücumlarından sonra təzminat tələb edir

Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...

Rusiya iqtisadiyyatı ikiqat zərbəyə məruz qalıb

Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...

Rusiya büdcəsindəki boşluq daha da böyüyüb

Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...