PDF Oxu

İqtisadiyyat

  • 3 960

"ADY Express" Orta Dəhlizlə bağlı razılaşmalar imzalayıb

"ADY Express" Orta Dəhlizlə bağlı razılaşmalar imzalayıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi "ADY Express" MMC Türkiyənin İstanbul şəhərində keçirilən “Logitrans Türkiye 2024” sərgisində Orta Dəhlizlə bağlı razılaşmalar imzalayıb. SİA bu barədə şirkətə istinadən xəbər verir.Onlardan biri Çinin Şenjen şəhərində yerləşən “Neptun Logistics” şirkəti ilə strateji tərəfdaşlıq haqqında memorandum olub. Sənəd şirkətlər arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini, Çin ilə Avropa arasında blok qatarları ilə yükdaşıma xidmətlərinin genişləndirilməsini nəzərdə tutur.Bundan başqa, "ADY Express" "Pasifik Eurasia" şirkəti ilə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməklə Orta Dəhliz boyunca hər iki istiqamətdə yükdaşımaların inkişafı haqqında protokol imzalayıb. Razılaşmaya əsasən, hər cümə günü İstanbuldan Azərbaycan, Mərkəzi Asiya və Çin istiqamətində blok qatarlar yola çıxacaq. Əks istiqamətdə isə hər çərşənbə günü Ələt stansiyasından Türkiyə istiqamətində analoji qatar yola salınacaq. Blok qatarlar müntəzəm şəkildə fəaliyyət göstərəcək ki, bu da marşrut üzrə yükdaşımaların səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.İmzalanmış razılaşmalar Orta Dəhlizdə logistika proseslərinin faydalılığını artırmağa, "ADY Express"in beynəlxalq tərəfdaşlarla əməkdaşlığının dərinləşməsinə və Azərbaycanın ərazisindən tranzit daşımaların inkişafına töhfə verəcək.

Digər xəbərlər

Reuters: Rusiyada neft emalı 45 faiz azalıb
Reuters: Rusiyada neft emalı 45 faiz azalıb

Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...

“Rusiya yanacaqsız qala bilər”
“Rusiya yanacaqsız qala bilər”

Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...

Şoxin rus şirkətlərinə 2027-ci ildə işçi qüvvəsini azaltmağa icazə verdi
Şoxin rus şirkətlərinə 2027-ci ildə işçi qüvvəsini azaltmağa icazə verdi

Rusiya Sənayeçi və Sahibkarlar Birliyi (RSPP) Rusiyada işsizliyin artacağını proqnozlaşdırdı...

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib
Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

Rusiya vətəndaşlarının Rusiyanın ÜDM-nin təxminən 20 faizini banklara və mikromaliyyə təşkilatlarına borcu var...

Rusiyada benzinlə bağlı vəziyyət çox ciddiləşir
Rusiyada benzinlə bağlı vəziyyət çox ciddiləşir

Yaxın günlərdə bunun Nijnekamsk, Perm və Tümenə də çatma ehtimalı yüksəkdir…