Dekabrın 9-da Azərbaycan Respublikasının Oman Sultanlığındakı səfiri Rəşad İsmayılov ölkənin iqtisadiyyat naziri Səid bin Muhamməd bin Ahmed əl-Saqri ilə görüşüb. SİA səfirliyə istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Görüş zamanı səfir R.İsmayılov iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də tərəfdaşlıq əlaqələrimizin ruhuna uyğun olaraq, Azərbaycan Respublikası ilə Oman Sultanlığı arasında birgə işçi qrupunun yaradılmasının əhəmiyyətini qeyd edib. Eyni zamanda, investisiya imkanlarının müəyyən edilməsi, ticarət dövriyyəsinin artırılması, biznes və özəl sektor sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Minimum saatlıq əmək haqqı da artacaq…
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...