PDF Oxu

İqtisadiyyat

  • 3 013

DVX ötən ay 44 mindən çox müraciət qəbul edib

image

Bu ilin noyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ümumilikdə 44 350 müraciət daxil olub ki, onların 96,7 %-i ərizələr, 3,2 %-i şikayətlər, 0,1 %-i isə müxtəlif təkliflər təşkil edib. SİA quruma istinadən xəbər verir ki, daxil olmuş müraciətlərdən 68,5 %-nin baxılması oktyabr ayı ərzində başa çatdırılıb, 31,5 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 40 %-i həll olunub, 62,1 %-i barədə müvafiq izahatlar verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.Noyabrda daxil olmuş şikayətlərin faktiki sayı 1 150 olub. Həll edilmiş şikayətlərin 71,1 %-i kameral vergi yoxlamaları, qalanları vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, ƏDV depozit hesabı, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması və əvəzləşdirilməsi, riskli vergi ödəyicisi hesab edilməməsi və digər məsələlərlə bağlı olub.Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 80 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Digər xəbərlər

Putin Rusiya iqtisadiyyatını müharibə tələsinə salıb

Büdcə kəsiri 2025-ci ildəkindən təxminən iki dəfə çox ola bilər...

ABŞ Rusiyanı Hindistanın maye qaz bazarından sıxışdırıb...

Asiyanın bütün ən böyük iqtisadiyyatları mayeləşdirilmiş təbii qaz idxalını artırıb...

Bazarlar dron hücumlarından sonra təzminat tələb edir

Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...

Rusiya iqtisadiyyatı ikiqat zərbəyə məruz qalıb

Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...

Rusiya büdcəsindəki boşluq daha da böyüyüb

Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...