Bu il dekabrın 1-nə Azərbaycanda 1 590 659 vergi ödəyicisi olub. SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 5,5 % çoxdur.Vergi ödəyicilərinin 87,1 %-i fiziki şəxslər, 12,9 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır. 1 il əvvələ nisbətən fiziki şəxslərin sayı 5,3 %, hüquqi şəxslərin sayı 7,2 % artıb.Noyabrın sonuna ölkədə qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 188 877 vahid təşkil edib və illik müqayisədə 7,9 % artıb.Təkcə bu ilin yanvar-noyabr aylarında 12 907 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,2 %-i yerli, 10,8 %-i xarici investisiyalı müəssisələrdir. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 93,6 % təşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 10 713-ü elektron qaydada qeydiyyatdan keçib, onlardan 8 677-si "ASAN İmza" ilə, 1 995-i “FİN kod + mobil nömrə” üsulu ilə, 41-i isə “SİMA” rəqəmsal imza vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.Dekabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39 847 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 % təşkil edib.Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 %-i MMC, 1,2 %-i səhmdar cəmiyyəti, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.Noyabrın sonuna dövlət qeydiyyatında olan 123 682 kommersiya qurumunun vəziyyəti aktiv olub. Bu, 1 il əvvələ nisbətən 10,9 % çoxdur.
Büdcə kəsiri 2025-ci ildəkindən təxminən iki dəfə çox ola bilər...
Asiyanın bütün ən böyük iqtisadiyyatları mayeləşdirilmiş təbii qaz idxalını artırıb...
Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...