PDF Oxu

İqtisadiyyat

  • 3 992

“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

image

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. SİA xəbər verir ki, məlumata görə, bayram günlərində İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsi fəaliyyət göstərəcək. Xidmət Qaradağ, Xəzər və Sabunçu xidmət sahələrində təşkil olunacaq. Departamentin inzibati binasında isə (Nizami rayonu, Babək pr. 21/24) bu proses daim diqqətdə saxlanılmaqla yarana biləcək problemlər dərhal aradan qaldırılacaq.

BRQSD-nın inzibati binasında 30.12.2024 – 03.01.2025, həmçinin 05.01.2025-ci il tarixlərində saat 10:00-dan 16:00-dək, Sabunçu və Xəzər Xidmət sahələrində 30.12.2024 – 04.01.2025-ci il tarixlərində saat 10:00-dan 15:00-dək, Qaradağ Xidmət sahəsində isə 30.12.2024 – 05.01.2025-ci il tarixlərində saatı 10:00-dan 15:00-dək abonentlərə xidmət göstəriləcək.

Bölgələrdə də eynilə növbəlilik tətbiq etməklə "Azəriqaz"ın müvafiq sayda əməkdaşları iş başında olacaq.

"Abonentlər qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə də mesajlarını göndərə bilərlər", - deyə məlumatda qeyd olunub.

Digər xəbərlər

Putin Rusiya iqtisadiyyatını müharibə tələsinə salıb

Büdcə kəsiri 2025-ci ildəkindən təxminən iki dəfə çox ola bilər...

ABŞ Rusiyanı Hindistanın maye qaz bazarından sıxışdırıb...

Asiyanın bütün ən böyük iqtisadiyyatları mayeləşdirilmiş təbii qaz idxalını artırıb...

Bazarlar dron hücumlarından sonra təzminat tələb edir

Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...

Rusiya iqtisadiyyatı ikiqat zərbəyə məruz qalıb

Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...

Rusiya büdcəsindəki boşluq daha da böyüyüb

Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...