PDF Oxu

İqtisadiyyat

  • 4 702

Beşinci yedək gəmisi istismara verilib

image

ASCO-nun "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa olunan növbəti gəmi istismara verilib. "Azıx" adlandırılan yedək gəmisi Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilib. SİA-nın məlumatına görə, ASCO-dan bildirilib ki, gəminin uzunluğu 24.72, eni 6.60, bortunun hündürlüyü 3, suya oturumu 1.6 metr, dedveyti 14 tondur.

Yeddi nəfərlik heyətlə idarə olunan gəminin sürəti 9 uzel təşkil edir. Yedək gəmisi göyərtəsinə 3 tonadək yük qəbul etmək imkanına malikdir.

"Azıx" zavodda inşa edilən sayca beşinci gəmidir. Bundan öncə "ASCO 1" "Tərtərçay", "Həkəriçay" və "Bərgüşadçay" adlı eyni tipli gəmilər tikilərək təhvil verilib. Hazırda bu seriyadan olan daha bir ədəd gəminin inşası davam edir. Həmin gəmilərin mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.

Beynəlxalq standartların tələblərinə cavab verən sözügedən gəmilərin layihələndirilməsini "ASCO Mühəndislik" MMC-nin əməkdaşları yerinə yetiriblər.

Xatırladaq ki, ZGTTZ-də geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri ilə yanaşı, müvafiq sertifikatlaşma əsasında 2017-ci ildən gəmilərin tikintisi də həyata keçirilir.

Digər xəbərlər

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...

Neft şirkətləri neftayırma zavodları üçün “beton qalxanlar” tikirlər

Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...

Rusiya biznesləri kütləvi şəkildə Çinə qaçmağa başlayıb

Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...

Rusiyadakı yanacaq böhranı Monqolustana da yayılıb

Ölkə yanacağının təxminən 95 faizini Rusiyadan idxal edir...