Niderlandın “ING Group” şirkəti 2025-ci il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 2,6 %, 2026-cı ildə 2,8 % səviyyəsində müəyyən edib. Bu barədə SİA şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir.Bu göstəricilər “ING Group”un öncəki proqnozu ilə müqayisədə dəyişməyib.Hesabata əsasən, 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 2 %, ikinci rübdə 2,5 %, üçüncü və dördüncü rüblərdə isə 3 % səviyyəsində nəzərdə tutulub. 2026-cı ilin son rübündə isə iqtisadi artımın 2 % təşkil edəcəyi proqnozlaşdırılır.Azərbaycan hökumətinin proqnozlarına görə, 2025-ci ildə ÜDM-in artımı 3,5 %, 2026-cı ildə 2,8 % səviyyəsində gözlənilir. Ötən il Azərbaycanda ÜDM 4 %-dən çox artıb.Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il və 2026-cı ildə Azərbaycanda ÜDM-in artımı 3 % təşkil edəcək.Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM istehsalının 2025-ci ildə 2,7 %, 2026-cı ildə isə 2,4 % artacağı gözlənilir.Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM artımını 2,5 %, 2029-cu ildə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2025-ci ildə Azərbaycanda ÜDM artımı 2,7 % olacaq.Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda bu il iqtisadi artım proqnozunu 2,6 % səviyyəsində proqnozlaşdırır.“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ÜDM-i 2 %, 2026-cı ildə 1,5 %, 2027-ci ildə isə 1,5 % təşkil edəcək.“Fitch Ratings” beynəlxalq reytinq agentliyi ölkə iqtisadiyyatının bu il 2,7 % artacağını, 2026-cı ildə isə 2,3 %-ə qədər yavaşlayacağını proqnozlaşdırır.
Nabiullina Rusiyadakı iqtisadi çətinliklər fonunda faiz dərəcəsini endirdi...
Rusiya Maliyyə Nazirliyi borc almamaq qərarına gəlib…
Rusiyada yanacaq böhranı tarlalara çatıb və buğda məhsulunu təhdid edir...
Rusiyada yanacaq böhranı nəzarətdən çıxır...