PDF Oxu

İqtisadiyyat

  • 3 507

Azərbaycan və Dünya Bankı AZURE-nin qiymətləndirilməsini müzakirə edib

image

Azərbaycan və Dünya Bankı arasında "Azərbaycanda Bərpa Olunan Enerji Mənbələri Hesabına Elektrik Enerjisi İstehsalının Genişləndirilməsi Layihəsi” (AZURE) ilə bağlı müzakirələr aparılıb. Bu barədə SİA-ya Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istinadən xəbər verir.Məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Samir Axundov energetika üzrə böyük mütəxəssis və tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyətini qəbul edib.Görüşdə AZURE-nin iş həcminə edilmiş dəyişikliklər nəzərə alınmaqla onun qiymətləndirilməsi üzrə işlərin həyata keçirilməsi, habelə energetika sektorunun dəstəklənməsinə yönəlmiş texniki yardımın icra gedişatı müzakirə edilib.Tərəflər tarif siyasəti ətrafında fikir mübadiləsi aparıb, həmçinin Dünya Bankının təklif etdiyi dəstək istiqamətləri və gələcək əməkdaşlığın davam etdirilməsi perspektivləri nəzərdən keçirilib.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...