PDF Oxu

İqtisadiyyat

  • 3 061

Misirdə yeni neft yatağı aşkarlandı

image

Misirin Neft və Faydalı Qazıntılar Nazirliyi Süveyş körfəzində yeni bir neft yatağının kəşf edildiyini açıqlayıb. Nazirliyinin yaydığı yazılı açıqlamada ölkənin şərqində yerləşən körfəzdə ehtiyatlarının 8 milyon barrel olduğu təxmin edilən bir neft yatağının aşkar edildiyi bildirilib.

SİA xəbər verir ki, ilkin sınaqlara əsasən, yataqda gündəlik 2 min barreldən çox hasilatın mümkün ola biləcəyi qeyd edilən açıqlamada bölgədə yeni quyuların qazılması istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.

Xatırladaq ki, Misirin Neft və faydalı qazıntılar naziri Kərim Bədəvi oktyabr ayında verdiyi açıqlamada neft axtarışı işləri üçün 57 şirkətin fəaliyyət göstərdiyini bildirmişdi.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...