SOCAR öz inkişaf strategiyasına uyğun olaraq, xarici ölkələrdə hasilat bazasının genişləndirilməsi strategiyasını davam etdirir. Bu çərçivədə 2025-ci il yanvarın 31-də SOCAR "Union Energy" şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan "Tamar" layihəsində effektiv olaraq 10 faiz payın alınması üzrə müqavilə imzalayıb.
SİA xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.
Bununla da SOCAR Aralıq dənizi hövzəsində apstrim sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək.
Rusiya istiqraz bazarının təxminən dörddə biri risk altındadır...
Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...
Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.
Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...
Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...
Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…