PDF Oxu

İqtisadiyyat

  • 3 738

Biləsuvarda Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq müzakirə edilib

image

Biləsuvar Rayon İcra Hakimiyyətində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin və onun tərəfdaş şirkəti olan “SOCAR Green”in mütəxəssislərinin iştirakı ilə rayonda tikiləcək Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq, mövcud vəziyyətin qiymətləndirilməsi və görüləcək işlərlə bağlı növbəti görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Biləsuvar rayon icra hakimiyyətinin başçısı, başçının müavinləri, baş proqram meneceri Fernando Villanueva Baschwitz, Neftçala və Biləsuvar Günəş Elektrik Stansiyasının baş direkoru Yernur Jiyenbayev, “Masdar” şirkətinin nümayəndələri Amr Usama, Abdalla Əli AlMarzooqi, Murad Sadıxov, Yaşar Qocayev, Kamil Manafov, tərəfdaş şirkət olan “SOCAR Green”in nümayəndələri İlkin Osmanov və Şamil Nuri tərəfindən tikinti işləri ilə bağlı vəziyyət yenidən müzakirə olunub, cari vəziyyət qiymətləndirilib.Qeyd edək ki, Azərbaycan dövləti ilə “Masdar” şirkəti arasında aparılan danışıqların yekunu olaraq, Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyasının tikintisi qərara alınıb və bu məqsədlə Biləsuvar rayonunun inzibati ərazisində, dövlət mülkiyyətində olan 1 454hektar torpaq sahəsi ayrılıb.

Digər xəbərlər

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...

Neft şirkətləri neftayırma zavodları üçün “beton qalxanlar” tikirlər

Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...

Rusiya biznesləri kütləvi şəkildə Çinə qaçmağa başlayıb

Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...