PDF Oxu

İqtisadiyyat

  • 1 006

Kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib

image

"2024-cü ildə əkin dövriyyəsinə cəlb olunmuş 42,5 min ha torpaq sahəsinin 35,7 min ha suvarılan ərazilərdir ki, bunun da 26 min hektarında (73%-i) mütərəqqi suvarma sistemləri qurulub". SİA-nın verdiyi məlumata görə, bunu İqtisadi Zonaların İnkişafı Agentliyi İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib"Onun sözlərinə görə,2024-cü ildə aqroparklarda 34,1 min ton buğda, 25,5 min ton arpa, 91,8 min ton dən və silos qarğıdalı, 49,7 min ton şəkər çuğunduru, 22,4 min ton pambıq, 17,3 min ton kartof, 11,6 min ton yonca, 1,1 min ton soya, 3,5 min ton tərəvəz məhsulları, 14 min ton qüvvəli yem istehsal olunub, 18,1 min ton qarışıq meyvə yığılıb və 606 min ədəd ting əkilib.İdarə Heyətinin sədri qeyd edib ki,Aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib: “Heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub. Ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub. Aqroparkın 2807 hektar ərazisinin 1185 hektarı parsellərə (58 parsel) bölünmüş sahələr, 1298 hektarı heyvanların yem təminatı və pambıqçılıq sahələri, 141 hektarı sənaye zonası, qalan 183 hektarı isə mühafizə zolaqları və təsərrüfatdaxili yollardır.Aqroparkda dövlət investisiyası hesabına tutumu 110 min kubmetr olan membran örtüklü su anbarı və 8 aqreqatlı nasos stansiyası inşa olunmuş, parsellərə bölünmüş 800 hektar (40 parsel) ərazinin təzyiqli su və elektrik təchizatı tam təmin olunmuş, təsərrüfatdaxili yollar çəkilmiş və uzunluğu 12,5 kilometr olan sel ötürücü kanalın 10,4 kilometrlik hissəsi tikilib. Qalan 385 ha (18 parsel) ərazinin su və elektrik təchizatı, daxili yollar və su ötürücü kanalların tikintisi üzrə işlərin 2025-ci ildə yekunlaşdırılması planlaşdırılır.Aqropark üzrə 2280 ha sahədə 34 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən ümumilikdə 55,2 mln. manatadək özəl investisiyanın yatırılması ilə 331 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək rezidentlər tərəfindən 44 mln. manat investisiya qoyulmaqla 121 daimi, 457 mövsümi iş yeri açılıb. 21 rezident tərəfindən 1199 ha ərazidə əkin işləri aparılıb, 412.5 ha sahədə intensiv və superintensiv meyvə bağları salınıb. Aqroparkda 1,1 min ton buğda, 0,6 min ton arpa, 0,4 min ton pambıq və 660 min ədəd ting istehsal olunub. Həmçinin Aqroparkda 2024-cü ildə yığım da həyata keçirilib və bağlar yeni salındığı üçün ümumilikdə 44 ton çəyirdəkli (şaftalı, ərik, nektarin, alça və s.) meyvə yığılıb.

Artıq Aqroparkın ərazisinin 80%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib”.

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər