PDF Oxu

İqtisadiyyat

  • 938

Yol problemlərinin sonu necə olacaq? - Nəqliyyat ekspertinin FİKRİ

image

"Bildiyimiz kimi yol problemlərinin əsas mahiyyəti ondan ibarətdir ki, bugünkü gündə tıxacların yaranması 2000-ci illərin əvvələrinə təsadüf edir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.Onun sözlərinə görə, 2000-ci illərin əvvələrində Azərbaycanda çox güclü iqtisadi mühit formalaşmağa başladı ki, insanlar kütləvi avtomobilləşməyə başladılar. "Kütləvi avtomobilləşmə dedikdə şəxsin minik avtomobillərinin sayının artması, onların müəyyən təzahürlər daxilində uzun bir məsafələrə nəqliyyat vasitələrinin çatdırılması, o cümlədən ictimai nəqliyyatın müəyyən dərəcədə axsaması, nəqliyyatda problemlərin yaranması tıxacların artmasına gətirib çıxartdı. Beləcə şəxsi avtomobillərin sayı daha da artdı və şəxsi avtomobillərə maraq bir neçə dəfə üstələndi. Ona görə də şəxsi avtomobillərdən könüllü şəkildə imtina etmək, bu nəqliyyat vasitəsinin ən başlıca predmentlərindən ola bilər. Artıq elə bir nəqliyyat infrastukturu qurulmalıdır ki, şəxsi avtomobillərdən harasa səyahət etmək, harasa gedib və gəlmək vaxt aparan bir məsələ olsun.Sahibkarlar nəqliyyat vasitəsinə yatırımlarını yəni maşınlara verdikləri pulları digər iqtisadi, səmərəli bir işlərə, sahibkarlıq subyektlərinə yönləndirsələr bu daha məntiqli olar. Bu nöqteyi-nəzərdən bu məsələlərin həlli vacib və preqmatik ola bilər. Daha sonra isə atılacaq addımlardan biri də nəqliyyat infrastukturunun başlıca subyekt xətlərindən birinin metro xətlərinin inkişafıdır. Daha çevik və cəld metro stansiyalarının biri-biri ilə qarşılıqlı təmas şəkilində istifadəsidir. Yəni biz metrodan çıxmadan bir stansiyadan digər stansiyaya rahat keçidlər vasitəsi ilə keçməliyik. Yəni bu sadaladıqlarımın hamısı biri-biri ilə təzahür formasında təşkil olunmalıdır".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər