PDF Oxu

İqtisadiyyat

  • 3 184

BP ACE platformasından yeni hasilat quyusunun qazılmasına başlayıb

image

“BP-Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı "Azəri Mərkəzi Şərqi" (ACE) platformasından yeni hasilat quyusunun qazılmasına başlayıb. SİA xəbər verir ki, bu barədə şirkətin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda quyular üzrə vitse-prezidenti Rassel Morris məlumat verib."Ötən il ACE platformasından üç hasilat quyusu qazılıb. Hazırda dördüncü quyunun qazılmasına başlanılıb, cari ilin sonuna qədər artıq səkkizinci quyunun qazılmasını həyata keçirməyi planlaşdırırıq", - o, Bakıda keçirilən “IADC Drilling Caspian 2025” beynəlxalq konfransında bildirib.R.Morris həmçinin qeyd edib ki, BP ACE platformasında qazın vurulması üçün bir neçə quyu qazmağı planlaşdırır."ACE platformasında lay təzyiqini saxlamaq məqsədilə qazın vurulması üçün bir neçə quyu qazmağı planlaşdırırıq. Bundan əlavə, şlamın təkrar vurulması (CRI) üçün quyunun qazılması nəzərdə tutulur ki, bu da səmərəliliyin artırılması və tullantıların optimal idarə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - o əlavə edib.

Digər xəbərlər

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...

Neft şirkətləri neftayırma zavodları üçün “beton qalxanlar” tikirlər

Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...

Rusiya biznesləri kütləvi şəkildə Çinə qaçmağa başlayıb

Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...