PDF Oxu

İqtisadiyyat

  • 3 086

Azərbaycanda "ağıllı" qaz şəbəkəsinin idarəetmə sisteminin dəyəri açıqlanıb

image

Azərbaycanda "ağıllı" qaz şəbəkəsinin idarəetmə sisteminin tətbiqinə 480 milyon ABŞ dollar yönəldiləcək. SİA xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin müşaviri Elçin Ağakişiyev Bakıda keçirilən “IADC Drilling Caspian 2025” konfrans və sərgisində bildirib."COP29-da SOCAR ilə “IntelliGrid” arasında "Azəriqaz" İstehsalat Birliyinin (İB) xidmət zonasında "ağıllı qaz şəbəkələri"nin qabaqcıl idarəetmə sisteminin tətbiqi ilə bağlı razılaşma əldə olunub. 480 milyon ABŞ dollar dəyərində olan layihə çərçivəsində qaz sızmalarının azaldılması üçün süni intellektdən (Sİ) istifadə edilməsi planlaşdırılır", - o bildirib.E.Ağakişiyev vurğulayıb ki, COP29-da Azərbaycanın və xüsusilə SOCAR-ın neft-qaz sektorunda emissiyaların azaldılması ilə bağlı səyləri təsdiqlənib: "SOCAR 2030-cu ilə qədər bütün obyektlərində rutin qaz yandırılmasını tam dayandırmaq, 2030-cu ilə qədər “upstream” aktivlərində emissiyaların intensivliyini 2022-ci il səviyyəsi ilə müqayisədə 30 % azaltmaq, 2035-ci ilə qədər korporativ emissiya intensivliyini 30 %, mütləq emissiyaları 20 % azaltmaq, 2035-ci ilə qədər "upstream" aktivlərində metan emissiyalarını 0,2 %-dən aşağı səviyyəyə endirmək və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq öhdəliyi götürüb".2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Esyasoft” holdinq və “Presight” şirkətinin birgə müəssisəsi olan “IntelliGrid” arasında “Azəriqaz”ın bütün xidmət zonasında ən müasir Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə dair Saziş imzalanıb.Sənədə əsasən, qazpaylayıcı şəbəkəyə data analizini, proqnozlaşdırıcı texniki xidməti və real vaxt monitorinqini inteqrasiya etmək üçün “IntelliGrid”in süni intellekt imkanlarından istifadə ediləcək. Bu, qaz istehlakını optimallaşdırmağa, itkiləri minimuma endirməyə və ümumi əməliyyat səmərəliliyini artırmağa imkan verəcək.

Digər xəbərlər

Kuba iqtisadiyyatı çökmək üzrədir...

Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...