PDF Oxu

İqtisadiyyat

  • 3 154

Ötən il Azərbaycanda kondensat hasilatı 2 %-ə yaxın artıb

image

2024-cü ildə Azərbaycanda 5 milyon 292,34 min ton kondensat hasil edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,7 % çoxdur.Statistik məlumatlara görə, hesabat dövründə ölkədə neft hasilatının ümumi həcmində kondensatın payı 18,2 %, neftin payı 81,8 % - 23 milyon 770,67 min ton (azalma 4,4 %) təşkil edib.Xəbər verildiyi kimi, 2024-cü ildə Azərbaycanda 29 milyon 63,01 min ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da 2023-cü illə müqayisədə 3,6 % azdır.Xatırladaq ki, Azərbaycanda hasil edilən kondensatın əsas hissəsi "Şahdəniz" yatağının hesabına təmin edilir. Bu yataqdan hasil edilən məhsulun bütün həcmi Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixrac edilir. 2023-cü ilin iyulunda istismara verilmiş “Abşeron” qaz-kondensat yatağı və “Ümid” yatağı (“Ümid-Babək” bloku) da kondensat hasilatına töhfə verir.

Digər xəbərlər

The Financial Times: Çin niyə rekord sürətlə qızıl alır?

Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...

Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...

Wildberries və Ozon çoxsaylı məhkəmə iddiaları ilə üzləşib

Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...

Rusiya qaçılmaz çöküşə doğru gedir...

Kreml artan yükün öhdəsindən gələ bilmir...

Bazar nikbinlik üçün səbəb tapdı...

Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...