PDF Oxu

İqtisadiyyat

  • 3 247

Avropada qazın qiyməti yenidən bahalaşıb

Aavropa İttifaqı 2023-cü ilin fevral ayından bəri qaz qiymətində rekord artım görür

image

Avropaya gələn soyuq hava təbii qazın qiymətini yüksəldib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, fevralın 10-da fyuçers müqavilələrinin qiymətləri artaraq MVt/saat üçün 58 avroya çatıb.

Avropa təbii qaz fyuçersləri, soyuq havanın səbəb olduğu anbarların çıxarılmasının artması ilə 2023-cü ilin fevralından bəri ən yüksək səviyyəyə qalxıb.

Bu barədə Bloomberg də məlumat yayıb.

Məlum olduğu kimi, bazar ertəsi fyuçers müqavilələrinin qiymətləri 4,1 faiz artaraq MVt/saat üçün 58 avroya çatıb.

Bu artım artıq dördüncü həftədir ki, davam edir.

Yaxın günlərdə Avropanın şimal-şərqində soyuq havanın olacağı proqnozlaşdırılır ki, bu da qaza tələbatın artması gözləntilərini gücləndirir.

Agentliyin məlumatına görə, resursa marağın artması Avropada yeraltı anbarlardakı ehtiyatların azalmasına səbəb olub ki, bu da hazırda 2022-ci ilin enerji böhranından sonra bu dövr üçün ən aşağı səviyyədədir.

Qeyd edək ki, ötən ilin fevralında ehtiyatlar 67 faiz dolu idisə, hazırda 49 faiz təşkil edir.

Əli Babayev

Digər xəbərlər

Kuba iqtisadiyyatı çökmək üzrədir...

Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...