Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Ticarət Komitəsinin sədri Azər Əmiraslanov Tbilisidə Gürcüstan Parlamentinin İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekiaşvili ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüşdə Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı diqqət mərkəzində olub.
Xüsusilə, Nəqliyyat Dəhlizinin əhəmiyyəti və onun tranzit potensialı vurğulanıb, tərəfdaşlığın dərinləşdirilməsi məqsədilə bu potensialdan maksimum yararlanmanın vacibliyi qeyd edilib.
İki ölkə arasında ticarət dövriyyəsinin 1,3 milyard dolları keçdiyi, bunun 780 milyon dollarının Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən ixracatın payına düşdüyü bildirilib. Hər iki tərəf gələcəkdə ticarət həcmini daha da artırmaq üçün çalışacaqlarını vurğulayıb.
Qeyd edilib ki, Azərbaycandan Gürcüstana fəal şəkildə sərmayələr yatırılır, Gürcüstanda çoxsaylı Azərbaycan şirkətləri fəaliyyət göstərirlər.
Vurğulanıb ki, strateji tərəfdaşlıq sayəsində bölgədə sülh və sabitliyin qorunmasına daha çox nail olmaq mümkündür. Bu səbəbdən həm Gürcüstanda, həm də Azərbaycanda iqtisadi artımın davam etməsi və qorunması vacibdir.
Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...
Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.
Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...
Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...
Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…
...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...
Müəssisələr alışları və inventar səviyyələrini azaldır...