Azərbaycan və Səudiyyə Ərəbistanının Mərkəzi Bankları arasında innovativ texnologiyaların tətbiqi müzakirə edilib. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib."Əl-Ula şəhərində keçirilən konfransda iştirak çərçivəsində Səudiyyə Mərkəzi Bankının monetar məsələlər üzrə sədr müavini Talal Əl-Humudla görüşdük. Görüşdə pul siyasətinin təkmilləşdirilməsi və ötürücülüyünün artırılması, eləcə də innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi apardıq. Həmçinin qurumlar arasında bilik və təcrübə mübadilələrinin təşkilinin artırılması ilə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.
Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...