PDF Oxu

İqtisadiyyat

  • 9

Kənd təsərrüfatının inkişafı...

Kənd təsərrüfatının inkişafı...

Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində uğurlu layihələr reallaşdırılmaqla yanaşı, bu layihələr çəriçivəsində fermer təsərrüfatlarına da xüsusi diqqət ayrılmaqdadır. Bu istiqamətdə subsidiyaların verilməsi, eləcə də, sərfəli kreditlərin paylanılması kəndli-fermer təsərrüfatlarının inkişaf perspektivində mühüm rol oynayan amillərdəndir. Lakin bəzi məqamlarda kənd təsərrüfatının inkişafına mane olan hallar da müşahidə olunur. Ona görə də belə halların qarşısının alınması üçün müvafiq nazirlik tərəfindən önəmli işlər görülür, neqativliklərin aradan qaldırılması üçün müəyyən planlar həyata keçirilir. Kənd təsərrüfatı naziri İsmət Abbasov da bununla bağlı öz fikirlərini açıqlamışdı: "Fermer məhsulu becərir, buna görə xərc çəkir, amma sata bilmədikdə, növbəti il həmin məhsulu becərməyə maraq göstərmir".

Korporasiyaların yaradılması

Deməli, bu cür subsidiyaları verməkdənsə, yanacağın qiymətləri aşağı salınmalıdır. Kənd təsərrüfatının inkişafına mane olan başqa bir səbəb isə kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının məhdudluğu ilə əlaqələndirilməkdədir. Həmin məhdudluğun aradan qaldırılması üçün isə Azərbaycanda korporasiyaların yaradılması vacibliyi önə çəkilir. Bununla bağlı fikirlərini bölüşdürən nazir qeyd edib ki, əgər Azərbaycanda xırda təsərrüfatçılar varsa, xırda istehsalçıların hüquqlarını qoruyan, onların malını xaricə çıxaran ixrac korporasiyaları da yaranmalıdır və bu korporasiyaların yaranmasını dövlət stimullaşdırmalıdır: "Özü də bütün ölkəni əhatə edən hər rayonda korporasiyanın yaranmasına şərait yaratmaq lazımdır. Əgər bunu dövlət stimullaşdıracaqsa, onda dövlət onlara müəyyən güzəştlər verməlidir, kreditlər verilməsində, onların mallarının gömrükdən maneəsiz keçməsinə şərait yaratmalıdır".
Xatırladaq ki, korporasiyaların yaradılması özünü Avropada yetərincə doğruldub. Məsələn, Danimarkada quş istehsalı ilə 276 təsərrüfat məşğul olur. 2 böyük holdinq isə onların kəsilməsi və ixracı üzrə ixtisaslaşıb. Digər sahələrdə də belə təsərrüfatlar qurulub. Məhz bunun nəticəsidir ki, Danimarkanın ərazisi Azərbaycanın ərazisindən kiçik olsa da, quş əti istehsalına görə ölkəmizdən 8 dəfə, mal əti istehsalına görə isə 4 dəfə öndədir. Bu gün bu ölkə donuz əti istehsalına görə dünyada ön sıralardan birini tutmaqdadır.

Xüsusi ixtisaslaşmış banklara ehtiyac varmı?

Azərbaycanda aqrar sektoru maliyyələşdirən xüsusi ixtisaslaşmış aqrar bankların yaradılması da mümkün olan variantlardandır. Düzdür, ayrı-ayrı banklar da bu işi görə bilərlər. Eyni zamanda, Mərkəzi Bankın məlumatına görə, iqtisadiyyata banklar tərəfindən yönəldilmiş kreditlər orta faiz hesabı ilə kənd təsərrüfatına yönəldilib. Hər bir bank çalışır ki, öz vəsaitlərini kredit şəklində səmərəli istifadəçilərə versin. Öncələr müşahidə edilən süründürməçiliklər isə artıq yoxdur. Əgər bir bankın marağındadırsa ki, istehsalçıya kredit verib, bunun müqabilində gəlir əldə etsin, o zaman niyə süründürməçilik etməlidir? Çox zaman hazırlanmış sənədlər əsaslı olmur deyə problemlər ortaya çıxır. Bu gün dünyada maliyyə böhranı mövcuddur. Əgər banklar vəsaiti necə gəldi verib, sonradan geri ala bilməsələr, müflisləşə bilərlər.

Digər xəbərlər