Ermənistan tərəfindən işğal edilən Azərbaycanın Dağlıq Qarabağ MR və ona bitişik Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam (rayon mərkəzi və ərazinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazinin böyük hissəsi) rayonları qəhrəman Azərbaycan ordusu tərəfindən işğaldan azad edildikdən sonra məlum oldu ki ermənilər burada daşı daş üstə qoymayıblar. Həm milli-mənəvi abidələrin məhvi, həm ekoloji terror, həm də torpaqlarımızın vəhşicəsinə talanması faktları aşkarlandı.
Azərbaycanın işğal olunmuş ərazilərində olan nadir ağaclar işğalda qaldığı müddət boyunca İran və Ermənistana daşınıb. İşğal olunmuş ərazilər Azərbaycanın sənayesində və tikintisində böyük əhəmiyyət kəsb edən müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Ağdam rayonunda yerləşən, 140 milyon ton əhəngdaşı və 20 milyon ton gil ehtiyatı olan Çobandağ , 25 milyon ton gil ehtiyatı olan Şahbulaq, 45 milyon ton gil ehtiyarı olan Boyəhmədli və başqa yataqlar var. Həmçinin, iri tikinti daşı yataqları Xankəndində, mərmər yataqları isə Harovda yerləşir.
İşğaldan əvvəl Qarabağ ərazisində 63 təsdiqlənmiş faydalı qazıntı yatağı adı ilə məlum idi. Onlardan 5 qızıl filizi, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 kömür, 6 gips, 4 vermikulit, 1 hasilatı üçün xammal soda , 12 dekorativ və bəzək daşları (obsidian, mərmər oniks, jasper və s.), 10 tikinti daşı və əhəngdaşı, 21 üzlük daşı, 9 saxsı gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng əhəngi, 10 çınqıl süxurları, 4 tikinti qumu, 1 perlit, 8 vulkanik pemza, 16 yeraltı şirin su anbarı və 11 mineral su mənbəyi yataqları vardı. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər Azərbaycanın bu ərazilərində müxtəlif filiz və faydalı qazıntıların 561 yatağı, təzahürü və perspektivli sahələri aşkar edilmişdi.
Sənaye əhəmiyyətli təhlükəsizliyini və mövcud filiz və qeyri-metal faydalı qazıntı yataqlarının perspektivlərini qiymətləndirmək üçün burada geoloji kəşfiyyat işləri aparmaq lazımdır. Çünki illərdir erməni vandalları tərəfindən vəhşicəsinə istismar edilməsi bu bərəkətli torpaqların daxili qatları araşdırılmalı, faydalı qazıntı ehtiyatı hesablanmalıdır.
Kəlbəcər rayonu ərazisində yerləşən İstisunun mineral suları əlverişli qaz-kimyəvi tərkibi, yüksək temperaturu, böyük təbii ehtiyatları ilə seçilir. Bu bulağın suları həm xarici, həm də daxili xəstəlikləri müalicə edir. Ötən əsrin 80-ci illərində İstisu bulağında böyük kurort və mineral su qablaşdırma zavodu fəaliyyət göstərirdi. Bu zavod gündə 800 min litr su istehsal edirdi.
Əsrlər boyu Qarabağın Dağlıq hissəsi aran Qarabağla sıx iqtisadi əlaqədə inkişaf edib. Çay dərələri boyunca uzanan yollar bu iki ərazini iqtisadi cəhətdən möhkəm bağladı. Bütün bu tarixi-coğrafi reallıqlara baxmayaraq, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı regionun əhalisi və iqtisadiyyatı üçün çox ciddi problemlər yaratdı. Həm iqtisadiyyatımızın əhəmiyyətli bir təminatçısını itirdik, həm də 1 milyondan çox əhali öz doğma yurdunu tərk etmək məcburiyyətində qaldı.
Qarabağ işğaldan azad edildi, yenidənqurma, bərpa işləri sürətlə başladı, indi də davam edir, amma torpaqlarımıza verilən zərərin bərpası üçün bizə hələ uzun illər lazım olacaq. Çox uzaq olmayan gələcəkdə Qarabağ yenidən Azərbaycan iqtisadiyyatına önəmli dərəcədə töhfə verəcək.
Lalə Mehralı
Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...
Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...
Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...
Kreml artan yükün öhdəsindən gələ bilmir...
Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...