PDF Oxu

İqtisadiyyat

  • 24

Neftin qiymət artımı Azərbaycan iqtisadiyyatına mənfi təsir etmir

Neftin qiymət artımı Azərbaycan iqtisadiyyatına mənfi təsir etmir
Artıq bir neçə müddətdir ki, dünyada neftin qiymətində artım müşahidə olunmaqdadır. Bu artımın əsas səbəbi kimi bir çox məsələlər, eyni zamanda, ABŞ-ın istehlakçı gözləntilərinin yaxşılaşması önə çəkilir. Yəni neftin qiymətinin artması istehlakçıların həm ABŞ iqtisadiyyatının bugünü, gələcəyi ilə bağlı inam səviyyəsinin yüksəlməsi, həm də ABŞ-ın neft ehtiyatlarının azalması və neftə olan tələbat artımı ilə bağlıdır. Digər bir səbəb isə ondan ibarətdir ki, mütəmadi olaraq, OPEK-in toplantılarında neftin hasilatı ilə bağlı kvotanın dəyişməməsidir. Hasilatın olduğu səviyyədə qalması neftin qiymətinin yüksəlməsində bilavasitə təkanverici rol oynadı. Hesablamalara görə, dünya bazarında neftin qiymətinin 1 dollar artması Azərbaycanın büdcəsinə illik təxminən 30-40 milyon dollar əlavə vəsaitin daxil olmasına gətirib çıxarır:"İndiki şəraitdə neftin qiymətinin büdcədə nəzərdə tutulandan təxminən 2 dəfə çox olması büdcədə 1 milyard manatdan çox profsitin toplanmasına səbəb olacaq. Belə bir şəraitdə, təbii ki, büdcəyə yenidən baxmaq mümkünlüyü yaranır. Lakin parlamentdə büdcəyə yenidən baxılmanın öz prosedur qaydaları mövcuddur. Qanunvericiliyə görə, büdcəyə yenidən baxılmasına ilk öncə maliyyə nazirliyi təşəbbüs göstərməlidir. Bundan sonra Maliyyə Nazirliyi Nazirlər Kabinetinə müraciət etməlidir. Təkliflər Prezident Administrasiyasında baxıldıqdan sonra Milli Məclisə göndərilməlidir". Əslində, neftin qiymətinin müəyyən həddə qədər qalxması Azərbaycan üçün müsbət amildir deyən V.Bayramov bu qiymətlərin müəyyən həddən yuxarı qalxmasını arzuolunmaz hesab edir: "Hesablamalara görə, iqtisadiyyatın indiki dövründə Azərbaycan üçün neftin ədalətli qiyməti 70-80 dollardır. Neftin bir barrelinin qiymətinin 80 dollardan bir qədər yuxarı olması da ciddi fəsadlar doğurmaz. Hazırda dünyada ayrı-ayrı ölkələrin iqtisadiyyatının neftin qiymətinə reaksiyası ilə bağlı təhlillər hazırlanır. Həmin təhlillərə əsasən, neftin bir barrelinin qiyməti 200 dollara da qalxsa, Çin iqtisadiyyatı buna tab gətirəcək. Amma digər ölkələrin iqtisadiyyatı buna tab gətirmək iqtidarında deyil. Təsəvvür edin ki, 2008-ci ilin yayında neftin bir barrelinin qiyməti 147 dollara çatdı, dünya iqtisadiyyatında ciddi katakalizmlər müşahidə olundu. Qlobal iqtisadi böhran başladı. Neftin qiymətinin 90 dollardan yuxarı qalxması dünyanın əksər ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərə bilər. Sirr deyil ki, Azərbaycanın əsas ixrac etdiyi məhsul neftdir. Son hesablamalara görə, Azərbaycanın xaricə çıxardığı məhsulların 92 faizi neft və neft məhsullarıdır. Biz nefti satıb onun puluna ölkəyə texnologiyalar gətiririk. Neftin qiyməti baha olanda, xaricdən aldığımız texnologiyaların da qiyməti bahalaşır. Çünki neftin qiymətinin baha olması xarici ölkələrdə hazır məhsulların bahalaşmasına gətirib çıxarır". Qeyd edək ki, Qərbin məşhur şirkətlərində də ixtisarlar aparılır. Yalnız ABŞ-ın "General Motors" və "Ford" şirkəti qlobal maliyyə böhranı başladıqdan sonra öz istehsal güclərini 30 faizə endiriblər. Bu da qlobal səviyyədə neftə tələbatın azalmasına gətirib çıxarıb. Hətta OPEK-in keçən gündəlik hasilatın 2,6 milyon barrel azaldılması barədə qərarı neftin qiymətinin nəinki yüksəlməsinə, hətta stabilləşməsinə belə imkan verməyib. İqtisadçı bildirdi ki, əgər 2008-ci ildə neftin qiymətinin aşağı düşməsi birbaşa siyasi amillərlə bağlı olubsa, artıq siyasi səbəblərlə yanaşı, iqtisadi səbəblər var. Nəzərə alınmalıdır ki, qlobal maliyyə böhranı daha çox ABŞ-da özünü göstərir. ABŞ da gündəlik satılan neftin 40 faizini istehlak edir. Bu da hər yüz barrelin 40 barrelini ABŞ-ın alması deməkdir. Ona görə də bu ölkədə neftə tələbatın aşağı düşməsi qiymətlərə təsir göstərir:"Digər tərəfdən, baxmayaraq ki, qış aylarında inkişaf etməkdə olan ölkələrdə neftə tələbat artır, ABŞ-da tələbat azalır. Çünki ABŞ-ın istilik sistemində neftdən istifadə olunmur. Daha çox kömür və digər enerji daşıyıcılarına üstünlük verilir. Bu da neftin qiymətinin stabilləşməsinə yol açmır".

Digər xəbərlər