Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankı ilə birgə Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində "İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" layihəsini həyata keçirir. ƏƏSMN-dən SİA-ya verilən xəbərə görə, bu gün layihənin təqdimat mərasimi təşkil ediləcək.
Tədbirdə beynəlxalq peşə standartları, təlim standartları, qiymətləndirmə standartlarının Azərbaycanda tətbiqi ilə ilə bağlı nəzərdə tutulan işlər barədə məlumat veriləcək.