Belarusiyanın Minsk şəhərində Regional Rabitə Birliyinin (RRB) ÜRK-12 Konfransı keçiriləcək. Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hazırlıqla bağlı işçi qrupunun toplantısında iştirak etmək məqsədilə DRİ-nin baş mühəndisi İlham Əfəndiyev ezam olunacaq. Qeyd edək ki, konfrans 25-29 oktyabr 2010-cu tarixlərində baş tutacaq.