"Neftçilər günü" Azərbaycan hüdudlarından kənarda - ARDNŞ-nin xaricdə fəaliyyət göstərən müəssisələrində böyük ruh yüksəkliyi ilə qeyd olunur. Artıq bir neçə ildir ki, neft və qaz sənayesi işçilərinin peşə bayramını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi "Qara Dəniz Terminalı"nın kollektivi də təntənə ilə qeyd edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu tarixi günü bayram etmək terminal əməkçiləri üçün ənənə halını alıb. Kulevi terminalında keçirilən təntənəli mərasimdə rəhbərlik il ərzində istehsalat sahəsində qazandığı nailiyyətlərlə seçilən əməkdaşları mükafatlandırıb. Bu isə terminal personalının gələcəkdə daha yaxşı işləməyə ruhlandırır.
Qeyd edək ki, bu günlərdə Kulevi "Qara Dəniz Terminalı"nın ümumi yükdaşıma həcmi 6 milyon tona çatıb. Bu gün də Terminal yük dövriyyəsinin həcminin artırılması istiqamətində uğurlu fəaliyyət göstərir.