ARDNŞ avqust ayında Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2010-cu ilin avqust ayında Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib. Bu barədə SİA-ya ARDNŞ-ın mətbuat xidmətindən məlumat verilib. 2010-cu ilin yanvar-avqust ayları ərzində həmin istiqamətdə 1 milyon 475 min 976 ton xam neft ixrac edilib. Avqust ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 77,15 dollara, Ural nefti - 75,46 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 78,16 dollara satılıb.