PDF Oxu

İqtisadiyyat

  • 15

Rövnəq Abdullayev neft emalı zavodlarında olub

Rövnəq Abdullayev neft emalı zavodlarında olub
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev şirkətin neft emalı zavodlarında olub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ilk olaraq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda olan ARDNŞ prezidenti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə tər çiçək dəstələri qoyub. Rövnəq Abdullayev zavodun 43 saylı koks istehsalı qurğusunda yeni tətbiq olunmuş TDS 3000 avtomatik idarəetmə sistemi ilə tanış olub, sex rəhbərliyi və mütəxəssislərlə söhbət edib. Sexdə idarəetmənin kompyuterləşdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirib. Katalitik krekinq qurğusunda olan şirkət prezidenti qurğuda işləyən sex rəhbərliyi, mütəxəssis və işçiləri narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparıb. 1976-cı ildə istismara buraxılan ELOU-AVT-6 neftin ilkin emalı qurğusuna gələn ARDNŞ prezidenti burada görüləcək işlər barədə zavod rəhbərliyinə müvafiq göstərişlər verib. ELOU-AVT-6 qurğusunda işləyən mütəxəssislərlə söhbət edən ARDNŞ prezidenti onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Katalitik riforminq qurğusunda olan şirkət rəhbəri burada işləyən mütəxəssislərin problemləri ilə maraqlanıb, onları maraqlandıran sualları cavablandırıb. Sonra Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda ARDNŞ rəhbərliyinin iştirakı ilə müşavirə keçirilib. Daha sonra "Azərneftyağ" Neft Emalı Zavoduna gələn Rövnəq Abdullayev zavodda görülən ekoloji işlərlə tanış olub, təmizləmə qurğularının işi ilə maraqlanıb. Burada 501 saylı motor və sənaye yağlarının hidrogenlərdən təmizlənməsi qurğusuna baxış keçirilib. ARDNŞ prezidenti qurğuda idarəetmənin kompyuterləşdirilməsi istiqamətində aparılan yenidənqurma işlərini müsbət dəyərləndirib.

Digər xəbərlər