PDF Oxu

İqtisadiyyat

  • 16

"Yeni İpək Yolu - Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa Qaz Odisseyası"na start verildi

"Yeni İpək Yolu - Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa Qaz Odisseyası"na start verildi
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov içərisində qaz olan kanistri Amerikanın Montana Dövlət Universitetinin professoru Tomas S. Qoltza təqdim edib. Bununlada "Şahdəniz-2" layihəsindən böyük miqdarda qazın Avropa İttifaqına çatdırılması istiqamətində Azərbaycanın maraqlarının irəli çəkilməsi üçün qocaman jurnalist Tomas S. Qoltzun ideyası olan "Yeni İpək Yolu - Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa Qaz Odisseyası"na start verilib. Bu barədə SİA-ya ARDNŞ-ın mətbuat xidmətindən məlumat verilib. Azərbaycan qazının Avropa bazarlarına çıxarılması yolunda irəliləmək üçün bir araya gələn Amerika, Azərbaycan və Türk tələbələr qrupu kanistr dolu qazı İstanbula aparacaq. Səfər zamanı professor Qoltzu müşayiət edən tələbələr onun dərslərində iştirak etmiş region tələbələri olmaqla Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının simvoludurlar. Ekspedisiya üç həftə çəkəcək. Kanistr 2016-cı ilin son rübündə Azərbaycanın Avropa İttifaqına əsas qaz ixracatına başlamasının simvolu kimi təntənəli şəkildə ARDNŞ-nin ofisinə təqdim ediləcək.

Digər xəbərlər