PDF Oxu

İqtisadiyyat

  • 15

Türkmənistan nefti artıq BTC ilə nəql olunur

Türkmənistan nefti artıq BTC ilə nəql olunur
Türkmənistan nefti artıq Bakı-Tiflis-Ceyhan neft kəməri ilə Avropaya nəql olunmağa başlayıb. bp Azərbaycan əməliyyat şirkətindən SİA-ya verilən məlumata görə, BTC kəməri ilə Türkmən neftinin nəqlinə razılıq cari ilin iyulunda əldə olunub: "Hazırda bu kəmər ilə hər gün 800 min bareldən çox neft nəql olunur ki, bununda 4.5 faizi Türkmən neftinin payına düşür". Qeyd edək ki, Türkmənistan nefti keyfiyyət baxımından Azərbaycanın neft markası olan "Azeri-Layt" markasına daha yaxın olduğundan onların birlikdə nəqlində heç bir problem yaratmayacaq. Xatırladaq ki, Azərbaycandan keçən neft kəməri Gürcüstan və Türkiyədən keçərək Türkmənistan neftini Rusiydan ötərək Avropaya nəql olunacaq.

Digər xəbərlər