Ölkədə elektrik enerjisi istehsalı 15,3 faiz artıb
Ölkədə elektrik enerjisi istehsalı 15,3 faiz artıb. Bu barədə "Azərenerji" Səhmdar Cəmiyyətindən məlumat verilib.
Məlumatda bildirilib ki, bu ilin iyulunda 1,5 milyard kilovat/saatdan artıq elektrik enerjisi istehsal olunub. Bu da iyun ayı ilə müqayisədə 15,3% çoxdur. Ümumilikdə isə bu ilin yanvar-iyul aylarında Azərbaycanda 11 milyard kilovat/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bunun 8,4 milyard kilovat/saatı istilik elektrik stansiyalarının, 2,6 milyard kilovat/saatı isə su elektrik stansiyalarının payına düşüb.