PDF Oxu

İqtisadiyyat

  • 13

"İnvestisiya fondları haqqında" yeni Qanun layihəsi hazırlanıb

"İnvestisiya fondları haqqında" yeni Qanun layihəsi hazırlanıb
"İnvestisiya fondları haqqında" yeni Qanun layihəsi hazırlanıb. Qanunun qəbulu investisiya fondlarının inkişafında mühüm rol oynayacaq.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu Qanun ölkəmizdə investisiya fondlarının təşkili, idarə və ləğv edilməsinin prinsiplərini, qaydalarını, normalarını, eləcə də qeyd olunan fondların fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin, nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək.
Z.Səmədzadə bildirib ki, "İnvestisiya fondları haqqında" 1999-cu ildə qəbul olunmuş Qanun bu günün tələblərinə cavab vermir. Ötən dövr ərzində Azərbaycanın qiymətli kağızlar, fond bazarı xeyli inkişaf etmişdir, ona görə də həmin qanun müasir bazarda hüquqi çərçivəni tam təmin edə bilmir. Qanunda olan boşluqlar proseslərin daha dinamik inkişafına imkan vermir. Mövcud boşluqların aradan qaldırılması üçün hazırlanmış "İnvestisiya fondları haqqında" yeni Qanun layihəsi artıq Milli Məclisə təqdim olunub.

Digər xəbərlər