PDF Oxu

İqtisadiyyat

  • 26

Əhalinin əmanətlərinin məbləği 32,4 faiz artıb

Əhalinin əmanətlərinin məbləği 32,4 faiz artıb
Mərkəzi Bankın mətbuat xidmətindən bildiriblər ki, iyulun 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi məbləği 4 milyard 711,4 milyon manat təşkil edib. Bunun 2 milyard 562,8 milyon manatı əhali tərəfindən yerləşdirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,4 faiz çoxdur. Depozitlərin 2 milyard 148,6 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşür. Banklara qoyulan əmanətlərin 1 milyard 112,5 milyon manatı (43,4 faiz) milli, 1 milyard 450,3 milyon manatı (56,6 faiz) isə xarici valyuta ilə cəlb edilib.

Digər xəbərlər