PDF Oxu

İqtisadiyyat

  • 16

"Yaşıl turizm hədəfimizdir"

"Yaşıl turizm hədəfimizdir"
Dünən "EKO-2010" Gənclər Koalisiyası Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə ekologiya ili çərçivəsində "Yaşıl turizm hədəfimizdir" mövzusunda tədbir keçirildi. Tədbirdə giriş sözü ilə çıxış edən ictimai birliyin sədri Ramiz Əliyev "EKO-2010" Gənclər Koalisiyası Azərbaycan Gənclər Mərkəzi ictimai birliyi 9 may 2010-cu ildə təsis edildiyini bildirdi. R.Əliyev qeyd etdi ki, 2010-cu ilin sonuna qədər ekoloji layihələrini həyata keçirməyi planlaşdıran koalisiya təsis olunmağı ilə həm də ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə dəstək oldu. R.Əliyev çıxışında onu da bildirdi ki, koalisiyanın yaradılmasında əsas məqsəd ayrı-ayrı dövlət, qeyri-hökumət təşkilatlarının, gənclər təşkilatının, ümumiyyətlə, müasir təsir imkanları olan hüquqi və fiziki şəxslərin ekoloji problemlərin həllinə yönəlmiş layihələrinin həyata keçirilməsinə nail olmaqdır. R.Əliyev əhali arasında bu istiqamətdə maarifləndirmə və müxtəlif aksiyaların da təşkil olunmasını prinsiplər sırasında olduğunu vurğuladı. R.Əliyev koalisiyaya hər kəsin üzv ola biləcəyini ekoloji problemlərin həllinə yönəlmiş layihələrin həyata keçirilməsində hər hansı bir hüquqi və fiziki şəxslərin burada təmsil olunmasında heç bir problemin olmadığını da diqqətə çatdırdı. "Koalisiya ilk tədbirini ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr etdiyi, "Ruhu milli varlığımız, Məzarı - And yerimiz" adlı layihə ilə başlayıb və bu məqsədlə yürüş-marafon çərçivəsində təbiətin qorunması ilə bağlı şüarlar səslənib. Eyni zamanda, 1 İyun "Uşaqlar Günü" münasibətilə Quba rayonunda "Ətraf mühit uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi də keçirilib" deyən R.Əliyev "EKO-2010" koalisiyasına bütün bu tədbirlərin işıqlandırılmasında "Səs İnformasiya Agentliyi", RİA "Novosti" və "AZADİNFORM İnformasiya Agentlik"ləri böyük dəstək göstərdiklərini bildirdi. Koalisiyanın növbəti tədbirinin jurnalistlərlə birlikdə keçirməyin "Ekologiya İli" çərçivəsində həyata keçirdiyi silsilə tədbirlərin davamı kimi qiymətləndirilir deyən R.Əliyev "Yaşıl Turizm hədəfimizdir" adı altında bir sıra məqalə müsabiqələrinin reallaşacağını söylədi. Qeyd edək ki, "Yaşıl turizm hədəfimizdir" məqalə müsabiqə formatı üç istiqamətdə reallaşacaq. Birinci istiqamət Heydər Əliyev irsi və Azərbaycanda ekoloji-siyasi ikincisi ekologiyanın qorunmasında və ekoloji təbliğatda KİV-lərin rolu, üçüncüsü isə, "Ekologiyamızı qoruyaq: hər yeni fikir, hər yeni ideya bizi uğura daha da yaxınlaşdırır" mövzularını əhatə edəcək. Məqalə müsabiqəsi iyulun 10-da yekunlaşacaq və iyul ayının 14-də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 41-ci ildönümünə həsr olunmuş tədbirdə müsabiqənin qalibləri mükafatlandırılacaq.

Digər xəbərlər