Dünyada gedən siyasi və iqtisadi proseslər Güney Qafqazda və ətraf bölgədə ekstremal tendensiyaların yaşanmasına rəvac verib. Avrointeqrasiya prosesləri, iqtisadi, hərbi və mədəni əməkdaşlıq imkanlarının araşdırılması prosesə əngəl törədən maneələri ortaya çıxarır. Bölgədə sülh və sabitlik siyasətini yürüdən Türkiyə və Azərbaycanın səylərinə qarşı qeyri-konstruktiv mövqe ortaya qoyan və bununla da, özünün dünyada təcavüzkar imicini möhkəmləndirən Ermənistan bütün sahələrdə iflasa uğramaqdadır.
Erməni rəsmilərinin siyasi affekt durumundakı bəyanatları
İşğalçı ölkə siyasi, iqtisadi, hərbi, sosial və mədəni böhran keçirməklə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli uğrunda gedən proseslərdə ardıcıl olaraq bütün pozisiyaları əldən verməkdədir. Terrorçu dövlət beynəlxalq informasiya təbliğatı savaşında, diplomatik mübarizədə, iqtisadi rəqabətdə və bütün digər sahələrdə Azərbaycan qarşısında zəif duruma düşüb.
Məhz bu proseslər münaqişənin həlli prosesində vaxtilə səhv bir variantı vaxtı uzatmaq yolunu seçən və Qafqazda sülhü, mehriban qonşuluq əlaqələrini istəmədiyini göstərən təcavüzkar ölkənin kriminallaşmış rəhbərliyini siyasi affekt durumuna gətirib.
Bunun simptomları Ermənistan prezidentinin və xarici işlər nazirinin son bəyanatlarında əksini tapır. Azərbaycan prezidentinin və müdafiə nazirinin münaqişənin hərbi yolla həlli variantını istisna etməyən bəyanatları qarşı tərəfdə təşviş yaradıb. "NATO Dağlıq Qarabağ probleminin həllində balanslı davranmalıdır". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan NATO-nun baş katibi Anders Foq Rasmussenlə Brüsseldə görüşündə deyib.
Sarkisyan görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında Azərbaycanı hədələməkdən də çəkinməyib. O, "demokratik idarə altındakı şəffaf və professional erməni ordusunun döyüş meydanlarında doğulduğunu, təcrübəli komandirlərin hər cür vəzifəni yerinə yetirməyə hazır olduğunu və Ermənistandan 10 dəfə böyük ölkələrlə mübarizə apara biləcəyini" deyib.
Açıqlamanın daxili auditoriyaya hesablandığını və indiki durumda belə anormal hədələrin imkanlara adekvat olmadığını hər iki tərəf yaxşı bilir. Beynəlxalq hərbi araşdırma qurumlarının regionda hərbi güc balansı haqda hesabatları da bu sözlərin gülünc olduğunu göstərir. İki ölkə arasındakı hərbi müqayisəni kiçik bir bölmədə analiz etməyə çalışacağıq.
Azərbaycan-Ermənistan: müqayisəli hərbi durum
İqtisadi və sosial böhran özünü hərbi sahədə də göstərir. Rusiya və Ermənistan mediasında yayımlanan son məlumatlara görə, Ermənistan ordusunun maddi-texniki təminatında çox ciddi problemlər yaşanır. Ordusunun 3 hərbi hissəsini kopmplektləşdirə bilməyən Ermənistanda əhalinin mənəvi-psixoloji durumu da çox pisdir. Belə ki, son məlumatlara görə, erməni gənclərinin böyük əksəriyyəti ordudan müxtəlif bəhanələrlə yayınmağa çalışır. Hərbi çağırış planında çox ciddi kəsirlər müşahidə olunur.
Təkcə onu demək kifayətdir ki, Azərbaycan Silahlı Qüvvələrinin 2 milyardlıq büdcəsi az qala Ermənistanın dövlət büdcəsinə bərabərdir. Orduların maddi-texniki bazası haqda xarici hərbi ekspertlərin və araşdırma mərkəzlərinin hesabatlarında ətraflı məlumat verildiyindən burada toxunmağa lüzum görmədik. Amma hər halda, modern hərbi texnikaya və silah-sursata malik Azərbaycan ordusu ilə müqayisədə köhnəlmiş texnikaya və silahlara malik erməni ordusunun durumu acınacaqlıdır. Hərbi-hava qüvvələrində də Azərbaycanın aşkar və böyük üstünlüyü var.
Rəsmi statistikaya əsasən, bu ölkənin ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar, homoseksualizm və digər hərbi cinayətlərin sayı 2008-ci ilə nisbətən 2009-cu il ərzində 25 faiz artıb. Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsinə yerləşdirməyə əsgər tapmır və buna görə də, muzdlu şəxslər pulla səngərə gətirilir.
"Əgər Cənubi Qafqaz ölkələrinin hərbi durumuna nəzər salsaq, Azərbaycan ordusunun malik olduğu potensiala heç bir dövlətdə rast gəlmək olmaz. Bu üstünlük hərbi sahənin bütün sferalarında özünü açıq şəkildə büruzə verir". Bu sözləri hərbi ekspert İldırım Məmmədov SİA-ya açıqlamasında bildirib.
İldırım Məmmədov deyib ki, Azərbaycanın Silahlı Qüvvələri texniki baxımdan davamlı olaraq yüksək səviyyədə, müasir hərbi texnika və, silahlarla təchiz olunur. Bu isə yaxın gələcəkdə Azərbaycan ordusunun tək cənubi Qafqazda yox, regionda Türkiyə Silahlı Qüvvələrindən sonra ikinci yeri tutacağına dəlalət edir.
Müharibədə iqtisadi-maliyyə imkanlarının rolu haqda danışmaq belə artıqdır. Azərbaycan özünün 20 mlrd-lıq strateji valyuta ehtiyatları və 15 mlrd-lıq dövlət büdcəsi ilə istənilən müharibəni aparmağa qadirdir. Ermənistan iqtisadiyyatı isə, Britaniya hərbi ekspertlərinin hesablarına görə, ən çox 1-2 ay ərzində savaşa davam gətirə bilər.
Yerevanın diplomatik və informasiya savaşında məğlubiyyəti
Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlarını himayədarlarının fəal dəstəyi ilə işğal edən Ermənistan bunun beynəlxalq hüquqa və bütün sivil prinsiplərə zidd olduğunu anladığından, prosesi mümkün qədər uzatmaq və həmin əraziləri öz nəzarətində saxlamağa çalışır.
ATƏT-nin Minsk Qrupunun səyləri nəticəsində hazırlanan "Yenilənmiş Madrid prinsipləri"nin Azərbaycan tərəfindən qəbul edilməsi Ermənistanı çox pis durumda qoydu. Aşkar göründü ki, Yerevan sülhə hazır deyil. Son bir neçə ildə ardıcıl hücuma keçən Azərbaycan diplomatiyası isə Ermənistanı bütün cəbhələrdə dalana dirəyib. BMT, AB, AŞ, ATƏT, İKT, NATO və s. kimi nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr və digər sənədlərdə münaqişənin həlli yolları aydın göstərilib. Bu sənədlərdə qeyd olunur ki, işğal edilmiş ərazilər boşaldılmalı, qaçqınlar öz yurdlarına qayıtmalı, münaqişə ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi sənəddə də eyni şeylər tələb olunur. Bu sənədin qəbulu isə Ermənistan hakimiyyətini daha çox qəzəbləndirib. Türkiyənin münaqişənin həllində rolunun artması, sərhədlərin açılması qarşılığında işğal olunmuş ərazilərin boşaldılması tələbinin qoyulması da Yerevanı çətin durumda qoydu və nəticədə protokollar Ermənistan parlamentində ratifikasiya edilmədi.
24 aprel öncəsi yalançı erməni soyqırımı məsələsinin dünya ölkələrinin parlamentində müzakirəyə çıxarılması cəhdləri də bir nəticə vermədi. Çünki son illərdə Azərbaycan dövləti və diasporunun birgə apardığı təbliğat kampaniyası dünya ictimaiyyətinə əsil həqiqətlərin çatdırılmasını təmin edib. Britaniya parlamentindəki müzakirələrdə ermənilərə verilən sərt cavab isə bunun ən yaxşı nümayişi idi.
Göründüyü kimi, siyasi-diplomatik mübarizədə bütün mövqelərini itirən və Azərbaycana uduzan Ermənistan rəhbərliyi əsəbi durumdadır. Yaranmış situasiyanı analiz etdikdə, erməni rəsmilərini son açıqlamalarının nədən qaynaqlandığı ortaya çıxır.
Ermənilərin işğal bölgəsində ekoloji cinayətləri
Mövzuya o qədər aidiyyatı olmasa da bir məqama da, toxunacağıq. Dünyada qlobal ekoloji problemlərin yaşandığı və təbii fəlakətlərin meydan suladığı bir zamanda bəzi dövlətlərin bu odun üstünə su tökməsi də bəşəriyyət üçün təhlükə yaradır.
İşğal altında olan ərazilərdə, mədəni və təbii sərvətlərin vəhşicəsinə talan edilməsi, ekoloji fəlakətin yaranmasına gətirib çıxaran fəaliyyətin həyata keçirilməsi, ərazinin ekosistemin məhv olmasını şərtləndirən meşə fondunun qırılması, su mənbələrinin səmərəsiz istifadəsi, faydalı qazıntı yataqlarının heç bir tələb və standarta cavab verməyən şəkildə istismarı kimi əməllər bəşəriyyət üçün real təhlükə yaradır. Çünki dünyanın hər bir regionunda baş verən ekoloji problemlər digər ərazilərə də təsirsiz ötüşmür.
Üstəlik, ermənilər bu fəaliyyətlərindən Azərbaycana qarşı təxribat amacı ilə yararlanırlar. Məsələn, çaylarda və su anbarlarında suyun planlı şəkildə toplanıb qəfildən buraxılması, mayın əvvəllərindən başlayaraq, Azərbaycanın aran bölgələrində baş verən sel və daşqınların əsas səbəblərindən biridir. Bundan başqa, qəsdən törədildiyi məlum olan meşə yanğınları ərazidə təkcə floranın deyil, həm də faunanın məhv olmasına gətirib çıxarır. Buraya atmosferin çirkləndirilməsini də əlavə etsək, antropogen təsirlərin bölgə və dünya üçün təhlükəsini dərk etmək olar.
Sonda qeyd etmək istəyirik ki, XXI əsrdə dünyanın siyasi, iqtisadi və mədəni mənzərəsi tamam başqa kriteriyalar üzərində qurulur. Sülh təşəbbüsləri, ekoloji sağlamlıq, mədəni əlaqələr, qarşılıqlı iqtisadi əməkdaşlıq səyləri hansısa bir terrorçu dövlətin "şıltaqlığı" üzündən iflasa uğramamalıdır.
Təkcə türk xalqlarına qarşı son iki yüzildə 80-dən artıq genosid aktı həyata keçirən, milyonlarla insanı milli mənsubiyyətinə görə, soyqırıma məruz qoyan, özlərinə yaşamaq üçün yer vermiş qonşularının torpaqlarını işğal edən, ümumiyyətlə, insanlığa yaraşmayan bütün vəhşiliklərə dünyanın gözü önündə imza atan ermənilərə "dur" deməyin vaxtıdır. Əgər bu əmri dünya birliyi verməsə, o zaman Azərbaycan özü verməyə məcbur olacaq! Çünki bəşəriyyət genetik erməni xəstəliyindən qurtulmalıdır.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...