PDF Oxu

İqtisadiyyat

  • 12

Naxçıvan MR-nın kənd təsərrüfatı naziri: “Bu il ilk dəfə olaraq Naxçıvanda 100 min tondan çox taxıl məhsulları istehsal olunub”

Naxçıvan MR-nın kənd təsərrüfatı naziri: “Bu il ilk dəfə olaraq Naxçıvanda 100 min tondan çox taxıl məhsulları istehsal olunub”
Bu il ilk dəfə olaraq Naxçıvanda 100 min tondan çox taxıl məhsulları istehsal olunub. Bunu SİA-ya açıqlamasında Naxçıvan Muxtar Respublikasının (MR) kənd təsərrüfatı naziri Məmməd Abbasov bildirib. Onun sözlərinə əsasən, bu ötən ilin müvafiq dövrünə nisbətən 13 min ton artım deməkdir. "Bu ilki taxıl istehsalı Naxçıvanın bir illik taxıl ehtiyatını ödəyir. Biz növbəti illərdə taxıl istehsalını daha da artırmağı planlaşdırırıq"-deyən M.Abbasov istehsal olunan taxılın emalı üçün 11 müasir standarta uyğun un dəyirmanı inşa edildiyini vurğulayıb.
M.Abbasov bildirib ki, son bir il ərzində Naxçıvan MR-da aqrar sahəyə 10 mln. manatdan artıq investisya qoyulub. İnvestisyalar müxtəlif sahələri əhatə edir.

Digər xəbərlər