Samuxda daha bir neçə kənd mavi yanacaqla təmin ediləcək
Samuxun rayon mərkəzindən uzaqda yerləşən 5 kəndinin mavi yanacaqla təmini planlaşdırılır. Bu barədə SİA-nın Qərb bürosuna Samux rayon Qaz İstismarı İdarəsinin rəisi Ramiz Bədəlov məlumat verib. Onun sözlərinə görə, bunun üçün uzunluğu 70 km qaz xəttinin çəkilişi nəzərdə tutulur. "2009-2013-cü illər ərzində görüləcək işlərlə Qarabağlar, Poylu, Salahlı, Kəsəmən, Burunqovaq kəndlərinin əhalisi qazdan istifadə edə biləcək. Bu yaşayış məntəqələrində insanlar uzun illərdir ki, mavi yanacaq sarıdan korluq çəkirlər. Təbii ki, əsas xəttin çəkilişindən sonra daxili xəttlər və sayğaclar quraşdılacaq", - deyə R. Bədəlov əlavə edib.