Tikinti işləri başa çatdırıldıqdan sonra zavodda müxtəlif texniki avadanlıqlara malik 15-dək sex fəaliyyət göstərəcək. Vahid mərkəzdən idarə olunacaq sexlərdə istehsal prosesi mərhələli şəkildə aparılacaq. Zavodda sement istehsalında xammal kimi isə rayonun Çalxanqala kəndinin dağlıq ərazilərindən çıxarılan gəc tərkibli daşlardan istifadə olunacaq. Zavodun istehsal gücü gün ərzində 800 ton sement hazırlanmasına imkan verəcək.