PDF Oxu

İqtisadiyyat

  • 14

Ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir

Ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir
Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasət nəticəsində respublikamız dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib. Azərbaycanda neft sahəsi ilə yanaşı, qeyri-neft sektoru da sürətlə inkişaf etməkdədir. Son beş il ərzində Azərbaycanda 740 mindən artıq yeni iş yerlərinin yaradılması nəticəsində həm işsizlik problemi, həm də yoxsulluq problemi öz həllini tapıb. Bütün bunlar ölkəmizin uğurlarından, inkişafından xəbər edir. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkəyə çevrilib. Ulu öndər, Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. İqtisadiyyatımız inkişaf etdikcə, digər sahələr oldu kimi, ordumuzun da maddi-texniki bazası yaxşılaşdırılıb. Bu, ölkəmizin hərtərəfli qüdrətlənməsindən irəli gəlir. Artıq dünyanın supergücə malik ölkələri belə Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərir. Ölkə başçısı Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla təsdiq edilən (2004-2008) və 2009-2013-cü illəri əhadə edən "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramının uğurlu icrası dediklərimizin təsdiqidir.
Son illər Bakının və regionların sürətli inkişafı Azərbaycanda turizm sahəsinin inkişafına səbəb olur. Ölkə rəhbərliyi, digər sahələrə olduğu kimi, turizm sektoruna da diqqət və qayğı göstərir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan turizm ölkəsinə çevrilməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Turizm sahəsi həm regionların inkişafı, həm də ki ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir". Ölkə başçısının vurğuladığı kimi, ölkə turizminin inkişafı respublikanın iqtisadi potensialının yüksəlməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial imkanlar var.Dünyada olan 11 iqlim qurşağından 9-u respublikamızda mövcuddur. O da məlumdur ki, bir sıra dövlətlərin iqtisadiyyatında turizm özünəməxsus yer tutur. Belə ki, dövlət büdcəsinin əsas hissəsi bu sahədən gələn gəlir hesabına formalaşır. Ümumiyyətlə, turizm sektoru respublikamız üçün bir neçə cəhətdən - ölkə iqtisadiyyatının güclənməsi, bölgələrin inkişafı və Azərbaycanın bütün dünyada tanınması baxımından səciyyəvidir. Prezident İlham Əliyev qeyd etdiyi kimi:"Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Bizim çox gözəl təbiətimiz var. Bəlkə nadir ölkələrdən biriyik ki, burada istənilən təbii şərait, istənilən iqlim var".
Bu gün Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluğunun artması, yeni iş yerlərinin açılması baxımından da sərfəlidir. Bu isə dövlət siyasətinin prioritet məsələlərindən biridir.

Digər xəbərlər