PDF Oxu

İqtisadiyyat

  • 13

Ölkədə 2,5 mln baş qaramal, 8,5 mln baş davar var

Ölkədə 2,5 mln baş qaramal, 8,5 mln baş davar var
Ötən ildən heyvandarlığın inkişaf etdirilməsi üçün dövlət büdcəsindən 3 milyon manat pul ayrılıb. Bu məbləğin 1 mln 125 min manatı heyvanların süni mayalanmasına önəldilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin "Səs" qəzetinə verdiyi məlumata görə, ölkədə qaramalın sayının daha da artırılması üçün xaricdən cins heyvanlar gətirilib. Onun sözlərinə görə, Lənkəran rayonunun təbii şəraitinə - subtropik iqlimə uyğun olan "Qara-ala" və "Hoctin Frise" cinsləri Almaniyadan gətirilib: "Bu cinslər hələ yerli şəraitə alışmadıqları üçün cəmi 3 saat örüşdə olurlar. Xüsusi şəraitdə saxlanılan cins heyvanlar səhər və axşam həkim nəzarətindən keçirilir. Yeni gətirilən cinsdən artıq 7 baş bala alınıb".
Qeyd edək ki, bu ilin statistikasına görə, ölkədə 2,5 mln baş qaramal, 8,5 mln baş isə davar var. Xaricdən gətirilən 176 baş damazlıq inəklərin hər biri 450-500 kq-dır. Onlar 62 sahibkara verilib. "Şves" və "Semental" cinsindən olan heyvanların çoxu ətlik üçündür. M.Hacıyev onu da bildirdi ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin ətə olan tələbatını ödəmək məqsədi ilə Şamaxı, Salyan, Bərdə və Ağdaş rayonlarından heyvanlar gətirilir və kəsilərək əhaliyə satılır.

Digər xəbərlər