PDF Oxu

İqtisadiyyat

  • 24

İyunda 555 milyon kubmetrdən çox qaz hasil edilib

İyunda 555 milyon kubmetrdən çox qaz hasil edilib
Dövlət Neft Şirkətinin məoumatına əsasən, cari ilin iyununda şirkət tərəfindən 555,12 milyon kubmetr qaz hasil olunub. Həmin müddətdə birgə layihələrdə ("Şahdəniz" qazkondensat yatağı) şirkətin payı 42,11 milyon kubmetr təşkil edib. Müştərək müəssisələr və əməliyyat şirkətlərindən 4,97 milyon kubmetr qaz qəbul olunmuş, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan isə ARDNŞ-ə 329,47 milyon kubmetr əvəzsiz qaz verilib. Bundan başqa, şirkətə "Şahdəniz" yatağından 6,38 milyon kubmetr qaz satılıb. Ötən ay dövlətə 835,67 milyon kubmetr qaz verilib.
Xarici bazarda 41,83 milyon kubmetr, daxili bazarda isə 793,84 milyon kubmetr qaz satılıb.

Digər xəbərlər