1990-cı ilin əvvəlində yenicə müstəqillik əldə edən Azərbaycan iqtisadiyyatı ən ağır dönəmini yaşayırdı. İnkişafdan məhrum olan iqtisadiyyatımız bu çətin vəziyyətində bütün daxili və dünya miqyaslı layihələrdən kənarda qalırdı. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatında canlanma yarandı. Belə ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən iqtisadi strategiya və onun ölkəmizə gətirdiyi nəticələr ürəkaçan oldu.
Bu siyasi xətt artıq 16 ildir ki, ölkəmizdə davam etdirilir və bunun sayəsində Azərbaycan iqtisadiyyatı sürətli inkişafa qədəm qoyaraq, dünyanın ən aparıcı lider dövlətləri sırasına çıxıb. Son zamanlar ölkə iqtisadiyyatında müsbət nəticələrin əldə olunmasında dövlət başçısı İlham Əliyevin də əvəzsiz xidmətləri vurğulanır. Belə ki, Prezident tərəfindən ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafı sahəsində yarımçıq qalan işlərinin davam etdirilməsi ilə əhalinin sosial rifah halı yaxşılaşmış, onların aylıq pul xərcləri artırılmışdır. Son zamanlar ölkə iqtisadiyyatında müşahidə olunan yüksək inkişaf göstəricilərinə nəzər yetirən ölkə iqtisadçıları, bir neçə gün bundan öncə Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetində keçirilən müşavirə zamanı aparılan müzakirələrin səmərəli keçdiyini bildirdilər.
Aydın Hüseynov: "Ölkə iqtisadiyyatının kompleks tərzdə inkişaf etdirilməsi Prezident İlham Əliyevin bu sahədəki dərin biliyinə əsaslanır"
Aydın Hüseynovun sözlərinə görə, 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafınının yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev xüsusi olaraq qeyd olunan müddət ərzində ölkənin iqtisadi inkişafına diqqət yönəltdi. Dövlət başçısının çıxışında da qeyd olunduğu kimi, ölkədə ümumi daxili məhsulun 3,6 faiz, qeyri-neft sektorunda müşahidə olunan artımın isə 4,1 faiz təşkil etdiyini söylədi. Bununla yanaşı, iqtisadiyyatın 2,6 dəfə, sənaye potensialının 2,5 dəfə, büdcə xərclərinin 10 dəfədən artıq artması ölkə iqtisadiyyatının inkişafı baxımından yüksək göstəricidir. O bildirdi ki, iqtisadiyyatımızın bu templə inkişaf etməsi Azərbaycanda büdcə gəlirlərinin neft sektorundan asılı olmadığını göstərir. Hətta qeyri-neft sektorundan gələn gəlirlər dövlət büdcəsinin gəlirlərinin artmasına artıq öz təsirini göstərir. Yəni, bu sektorun inkişafında da müəyyən inkişaf templəri qeyd alınıb.
A.Hüseynov Azərbaycanda 35 min yeni iş yerinin açıldığını və bunun 25 mininin daimi, 11 mininin isə mövsümü iş yerləri olduğunu vurğuladı: "Daimi iş yerləri, əsasən istehsalat, sənaye strukturlarını əhatə edir. Ölkənin iqtisadi inkişafında özünü büruzə verən cəhətlərdən biri də odur ki, ilin əvvəlində neftin qiymətinin 70 ABŞ dolları məbləğində proqnozlaşdırılmasına və indi bu rəqəmin 50 dollar civarında olmasına baxmayaraq, bu, dövlət büdcəsinə mənfi təsir göstərməyib. Beləliklə, dövlət büdcəsinin gəlir hissəsində heç bir gerilik qeydə alınmayıb". Bütün iqtisadi göstəricilərin təhlili zamanı ölkəmizdə iqtisadi islahatların çox düzgün elmi əsaslara söykənərək aparıldığını və burada ölkənin iqtisadi potensialının, eləcə də, gələcək perspektivinin xüsusi nəzərə alındığını bildirdi. Onların həyata keçirilməsində dövlət başçısı İlham Əliyevin müstəsna rolunu vurğulayan iqtisadçı, ölkə iqtisadiyyatının kompleks tərzdə inkişaf etdirilməsinin möhkəm təcrübəyə, inanılmış addımların atılmasına söykəndiyini diqqətə çatdırdı. Hələ dünyada maliyyə böhranının baş verdiyini və onun Azərbaycana təsirinin çox az olduğunu nəzərə alsaq, ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar Prezident İlham Əliyevin zəngin təcrübəsinə, zəkasına, bu sahədəki dərin biliklərinə və elmi-metodik proqnozalaşdırmasına əsaslanır. "İnanırıq ki, iqtisadiyyatımız getdikcə daha da güclü olacaq. Ulu öndərimiz Heydər Əliyevin qeyd etdiyi kimi, "İqtisadiyyatı güclü olan dövlət, hər şeyə qadirdir". Ümummilli liderimizin bu deviz altındakı strateji xəttinin bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hamımızda nikbin fikirlər formalaşdırır".
İlham Şaban: "Ölkəmizdə enerji daşıyıcılarının ixracı ildən-ilə artırılacaq"
Daha sonra məsələyə münasibət bildirən iqtisadçı İlham Şabanın fikrincə, Azərbaycan iqtisadi göstəricilərinə, xüsusilə, ümumi daxili məhsulun, büdcə xərclərinin artması, investisiya və infrastruktur layihələrinin həyata keçirilməsi, Bakı və ölkənin digər şəhərlərində abadlıq işlərinin aparılması göstəricilərinə görə, çox pozitiv vəziyyətdədir. O, real göstəricilərin iqtisadiyyatın inkişafı ilə bağlı dövlət tərəfindən atılan addımların məntiqi nəticəsi olduğunu qeyd etdi. Ölkəmizin enerji sahəsindəki uğurlarını xüsusi vurğuladı. Bildirdi ki, ölkəmiz sovet dövründə olduğu kimi, bu gün də özünün enerji təhlükəsizliyini lazımınca təmin edir. Çünki Azərbaycan enerji daşıyıcısı olan ölkədir və enerji daşıyıcılarının ixracının ildən-ilə artırılması məsələsi də dövlətin gündəmdə saxladığı əsas mövzulardandır. Bunun tez bir zamanda reallaşacağının heç kimdə şübhə doğurmadığını deyən İ.Şaban, son 10 il ərzində, ölkəmizdə elektrik enerjisinə 2 milyard dollar sərmayə qoyulduğunu da diqqətə çatdırdı.
"Təbii ki, bu rəqəm yaxın gələcəkdə artırılmalıdır" deyə fikrini tamamladı.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...