PDF Oxu

İqtisadiyyat

  • 22

Keçirilən müşavirə yeni uğurlara imkan yaradacaq

Keçirilən müşavirə yeni uğurlara imkan yaradacaq

Dövlət rəhbəri İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yrısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirənin keçirilməsi dövlət  başçısının xalqın problemlərinə, onun sosial-iqtisadi təminatının  yaxşılaşdırılmasına, Azərbaycan dövlətinin iqtisadi gələcəyinə yönələn böyük diqqətinin  bariz  nümunəsidir. Dövlət başçısının müşavirədəki çıxışı, əsaslandırılmış və konkret mülahizələrə söykənən  arqumentləri son dövrlər ölkədə yüksək iqtisadi inkişafın əldə olunduğunu, əhalinin  pul gəlirlərinin, əməkhaqlarının, ümumi daxili məhsulun artdığını, bütövlükdə,  ölkədə iqtisadi həyat tərzini  müsbətə doğru dəyişir. Müşavirə ilə bağlı millət vəkilləri öz mövqeyini bildirdilər. 
Millət vəkili Eldar İbrahimov:

 - Sınaqdan çıxmış aksiomadır ki, güclü  və müstəqil olmaq üçün güclü iqtisadiyyat lazımdır. Bu da, öz növbəsində,  dövlətin siyasətini gücləndirir. Lakin o da məlumdur ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş iqtisadi islahatlar kursunun ardıcıl davam etdirilməsi,  yalnız güclü siyasi hakimiyyətin sayəsində mümkündür. Azərbaycanda da iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynamaqdadır. Bu, ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin davamçısı ölkə Prezidenti İlham Əliyevin iqtisadi quruculuq sahəsindəki fəaliyyəti nəticəsidə həyata keçirilir. Təsadüfi deyil ki, xarici ekspertlər ölkənin siyasi rəhbərliyi tərəfindən ictimai sabitliyin təmin edilməsini və milli iqtisadiyyatın formalaşdırılması sahəsində strateji addımların atılmasını ölkəmizin mövcud potensialının reallaşdırılması üçün "imkanlar pəncərəsi" kimi dəyərləndirirlər. Sözsüz ki, bu "pəncərə"nin yaratdığı imkanlardan maksimum və daha səmərəli istifadə edilməlidir.
Dövlət rəhbəri sosial proqramların da uğurla icra olunduğunu diqqətə çatdıraraq bildirdi ki, bu nailiyyətlər nəticəsində Azərbaycan böyük addım atmışdır. İqtisadiyyat 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 3-4 dəfə aşağı düşmüş, büdcə xərcləri 10 dəfədən artıq çoxalmışdır. Dövlət rəhbəri ölkədə böyük sosial proqramların icra edilməyə başlanıldığını da vurğuladı. Bildirdi ki, son beş il ərzində Azərbaycan çox böyük addım atmışdır. İlin birinci yarsında Azərbaycanda ümumi daxili məhsul 3,6 faiz artıb, qeyri-neft sektorunda artım 4,1 faiz olub və bu da onu göstərir ki, Azərbaycanın gələcəyi neft amilindən daha az asılıdır.
Ölkə Prezidenti onu da bildirdi ki, "ilin birinci yarısında sosial məsələlərin həlli uğurla davam edib, bu sahədə mövcud proqramlar icra olunub. İnflyasiyanın səviyyəsi düşərək, son 6 ayda 3,7 faiz olub. Bu dövrdə əhalinin pul gəlirləri 19 faiz, orta aylıq əmək haqqı isə 15 faiz artıb".
Müşavirədə xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bölgələrdə dayanıqlı inkişaf üçün çox gözəl şəraitin yaradılması məsələsinə də toxunuldu. Prezident İlham Əliyev bildirdi ki, ilin birinci yarısında Azərbaycanda 35 min yeni iş yeri yaradılıb, onlardan 25 mini daimidir. Bu dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin icrasına başlanıb. Sahibkarlığın inkişafı üçün dövlət tərəfindən ayrılan kreditlərin məbləği artırılıb. Azərbaycan enerji təhlükəsizliyi sahəsində də qarşıda duran vəzifələri icra edib, neft-qaz hasilatı artıb: "İndi Azərbaycan qonşu ölkələrə qaz ixrac edir. Bu il istifadəyə veriləcək Sumqayıt və Quba elektrik stansiyaları Azərbaycanın elektrik enerjisi sahəsində ixrac qabiliyyətini daha da gücləndirəcək". Bu fikirlər dövlət başçısının iqtisadi siyasətinin əsil mahiyyətini bir daha  göz önündə canlandırır. 

Millət vəkili Hadi Rəcəbli:

- Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında bir daha diqqəti ölkəmizin bu və ya digər sahələrdə qazandığı uğurlara yönəldərək, bildirdi ki, bu nailiyyətlərin təməlində düşünülmüş siyasət, ölkənin milli maraqlarının qorunması, siyasi-iqtisadi  islahatlar, demokratik proseslər dayanır. Bu gün ölkənin hərtərəfli inkişafına nail olmaq istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır.
İclasda giriş nitqi ilə çıxış edən Prezident İlham Əliyev bir ilə yaxındır, qlobal maliyyə böhranı ilə əlaqədar dünyanın əksər ölkəsində ciddi iqtisadi problemlər yaşandığını xatırladaraq bildirib ki, görülən tədbirlər, o cümlədən, son illərdə aparılan islahatlar nəticəsində böhranın Azərbaycana təsiri minimuma endirilib. Dövlət başçısı xüsusi olaraq ölkənin iqtisadiyyatının inkişafında sosial məsələrin həlli istiqamətində uğurlu işlərin aparıldığını bir daha vurğuladı. Ölkə Prezidenti, bütün keçirilən müşavirələrdə olduğu kimi, bu müşavirədə də iqtisadiyyatın inkişaf etdirilməsinin əsas məsələ olduğunu bildirmişdir: "Əlbəttə ki, sosial məsələlərin həlli ilə də ciddi məşğuluq. Bu, bizim siyasətimizin əsas istiqamətlərindən biri olmuşdur. Bir daha bunu demək istəyirəm ki, biz xalq üçün yaşayırıq, xalq üçün işləyirik və elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Bunu etmək üçün, əlbəttə ki, keçən beş il ərzində dəfələrlə maaşlar, minimum əmək haqqı, minimum pensiyanın səviyyəsi dəfələrlə artırılmışdır. Bunu biz növbəti illərdə də edəcəyik".
Müşavirədə sosial məsələlərin həllinin daha uğurla davam etdiyini  bildirən ölkə Prezidenti sosial infrastrukturun inkişafına böyük vəsaitlər qoyulduğunu, 2 minə yaxın yeni məktəb, yüzlərlə yeni xəstəxana, tibb, mədəniyyət ocaqlarının tikildiyini dedi. "Yəni, bu sahə heç vaxt diqqətdən kənarda qalmamalıdır. Bizim bugünkü müzakirəmizin, demək olar ki, əsas mövzusu iqtisadi məsələlərlə bərabər, sosial məsələlər olacaqdır. Xüsusilə, böhranlı vəziyyətdə bunun əhəmiyyəti artır. Çünki böhranlı vəziyyətdə bəziləri daha çox iqtisadi imkanlar barədə bəziləri daha çox maliyyə resurslarının qıtlığı haqqında düşünürlər. Əlbəttə ki, bu, bizi də düşündürür və bu istiqamətdə bütün lazımi tədbirləri görürük. Ancaq bu, ona gətirib çıxarmamalıdır ki, sosial məsələlər yaddan çıxsın. Ona görə bu il və növbəti illərdə bu istiqamətdə bütün qəbul edilmiş proqramlar, layihələr icra olunmalıdır və beləliklə, biz Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcəyik"- fikrini deməklə Prezident sosial problemlərin həlli istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdırdı.
Prezident İlham Əliyev müşavirədə iqtisadi siyasət sahəsində atılan bu addımların artıq öz bəhrəsini verdiyini bildirdi: "Biz bu il Sahibkarlığa Kömək Milli Fondundan veriləcək kreditlərin məbləğini artırdıq. Azərbaycanın gəlirlərinin müəyyən hissəsini biz neftin ixracı ilə təmin edirik və bildiyiniz kimi, son vaxtlar dünyada neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Buna baxmayaraq, büdcədən sahibkarlara kömək məqsədilə ayrılan vəsaitin həcmi böyük dərəcədə artır. Artıq bu kreditlər verilməyə başlanmışdır və əminəm ki, onların hesabına yerli sahibkarlar yeni müəssisələr yaradacaq, yeni imkanlar əldə edəcək və ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verəcəklər. Biz növbəti illərdə də bu siyasətə sadiq qalacağıq. Azərbaycanda özəl sektorun inkişafı üçün lazımi tədbirlər bundan sonra da görüləcəkdir. Bu yaxınlarda qəbul olunmuş və növbəti beş ili əhatə edən inkişaf proqramı təsdiq edilibdir".
Dövlət başçısı müşavirədə ilin birinci yarısında Azərbaycanda 35 min yeni iş yerinin açıldığını da vurğuladı. Qeyd etdi ki, onlardan 25 mini daimidir: "Bu dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin icrasına başlanılıb. Sahibkarlığın inkişafı üçün dövlət tərəfindən ayrılan kreditlərin məbləği artırılıb."
Göründüyü kimi, ölkə rəhbərinin keçirdiyi görüşlər bir daha onu göstərir ki, bugünün reallıqları ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikrinin həqiqətə söykəndiyinin məntiqi nəticəsidir.

Digər xəbərlər