PDF Oxu

İqtisadiyyat

  • 18

Yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin (İBNDX) iyulun 20-də keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Sabunçu rayonunda yerləşən "Mərhəmət market"də, "Elşən market"də, "Rəna market"də və "Ziyad market"də, Xətai rayonunda "Hicran" kiçik müəssisəsinə məxsus "Hicran market"də, Xaçmaz rayonunun Yalama qəsəbəsində Nəbi İsgəndərova məxsus ərzaq mağazasında, Gəncə şəhərində "Əlioğlu market"də və Oğuz şəhərində yerləşən "Elton" mağazasında ümumi çəkisi 250 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, meyvə şirələri, pivələr, mayonezlər və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, qanun pozuntusuna yol vermiş 1 hüquqi və 7 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu şəxslər barəsində inzibati cərimələr tətbiq olunacaq. Ümumiyyətlə "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən - mayın 17-dən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 36 hüquqi şəxsə 140,5 min manat, 195 fiziki şəxsə 293 min manat cərimə tətbiq olunub.

Digər xəbərlər