PDF Oxu

İqtisadiyyat

  • 13

2009-cu ilin dövlət büdcəsindən ipoteka kredtiləşməsi üçün 14 milyon manat ayrılacaq

2009-cu ilin dövlət büdcəsindən ipoteka kredtiləşməsi üçün 14 milyon manat ayrılacaq
Azərbaycan İpoteka Fondunun İcraçı direktoru Fəxri Kazımov bildirib ki, qurumun Əsasnaməsinə uyğun olaraq, onun vəsaitləri dövlət büdcəsindən ayırmalar, Fond tərəfindən emissiya olunan qiymətli kağızların yerləşdirilməsindən əldə olunan vəsaitlər, xarici kreditlər, yardımlar, qrantlar, həmçinin qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına formalaşa bilər.
İcraçı direktor qeyd edib ki, bu günədək Fond tərəfindən ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsi yalnız dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına həyata keçirilib. Təbii ki, büdcədən ayrılmış vəsaitlər bazarda bu kreditlərə olan tələbi tam şəkildə qarşılamaq üçün kifayət deyildir. Buna görə də Fond tərəfindən tədricən ipoteka kreditləşməsinin daha çox cəlb edilmiş vəsaitlər hesabına həyata keçirilməsi planlaşdırılır. Bu sahədə ilk addım kimi, artıq Fond tərəfindən 7 il müddətinə 55 milyon manat məbləğində təmin edilmiş istiqrazların emissiyası dövlət qeydiyyatına alınıb. Eyni zamanda, 2009-cu ilin dövlət büdcəsindən ipoteka kreditləşməsi üçün 14 milyon manatın ayrılması nəzərdə tutulub. İlkin olaraq ipoteka kreditləşməsinin bərpasının qeyd olunan vəsaitlər həcmində həyata keçirilməsi nəzərdə tutulur. Təbii ki, bu, son hədd deyildir. Gələcəkdə bazarda ipoteka kreditlərinə olan tələbə müvafiq olaraq Fond tərəfindən yeni cəlbetmələrin həyata keçirilməsi mümkündür.

Digər xəbərlər